Şrift:
Əlirza Fərşi Evin zindanından öz ailəsi ilə telefon əlaqəsi saxlayıb
25.02.2015 [09:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
21 Fevral – Dünya Ana Dili Günündə tutulan tanınmış azərbaycanlı fəal öz ailəsi ilə telefon əlaqəsi saxlayıb.
Bu Əlirza Fərşinin tutulub Evin zindanına aparıldıqdan sonra ilk telefon əlaqəsidir.

Ə.Fərşi universitet ustadıdır. O rejim tərəfindən Culfa Beynəlxalq Universitetdən xaric edilib. Ə.Fərşi Dünya Ana Dili Günü ilə bağlı nəzərdə tutulan mərasim üçün İmzatoplama Kompaniyasının təşəbbüskarlarından olub.

Adını çəkdiyimiz azərbaycanlı fəal keçən il də Dünya Ana Dili Günü Tehranda tutulub və bir neçə ay saxlanıldı. O bir neçə il öncə ümumi bir yerdə “Ana dildə mədrəsə” şüarı səsləndirdiyi halda təhlükəsizlik qüvvələri tərəfindən tutulub və sonra həbs cəzasına məhkum edildi.

Xatırladaq ki, hər il olduğu kimi bu il də Dünya Ana Dili Günü ərəfəsində İran rejiminin azərbaycanlı milli-mədənin fəallara qarşı təzyiqləri yeni vüsət alıb.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed