Şrift:
Məhkəmə azərbaycanlı fəal Aydın Zakir üçün vəsiqə qərarı çıxarıb
25.02.2015 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Meşkinşəhrin inqilab məhkəməsi azərbaycanlı fəal Aydın Zakir üçün 100 milyon riallıq vəsiqə qərarı çıxarıb.
Aydın Zakir fevralın 21-dən Meşhkinşəhrin (Xiyav) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində saxlanılır.

Qeyd edək ki, fevralın 20-i gecə saat 24 radələrində, bildiri yayan fəalları yaxalamağa nail olmayan təhlükəsizlik qüvvələri Aydın Zakirin ata evinə hücum edir və fəalı yaxalamaq istəyir. Aydın Zakir öz müqaviməti nəticəsində məmurlar tərəfindən yaxalanmır. Ama məsələ bununla bitmir. Onun səhəri günü 40 polis məmuru bir neçə maşınla Aydın Zakirin iş yerinə hücum edir və həmin məkanı mühasirəyə alır. Məlumata görə, azərbaycanlı fəal qəhrəmancasına müqavimət göstərir, lakin məmurlar onu döyüb və yaxalayırlar.
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed