Şrift:
Ağ Ev: -Amerika ilə İran arasında 10 illik nüvə razılaşması ilə bağlı məlumatlar düzgün deyil”
25.02.2015 [16:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ağ Evin sözçüsü Caş Ernest fevralın 25-də jurnalistlərə açıqlamasında Amerika ilə İran arasında 10 illik nüvə razılaşmasının əldə olunması ilə bağlı yayılan məlumatları təkzib edib.
Caş Ernest deyib: “Birləşmiş Ştatlarla İranın 10 illik nüvə razılaşması mövzusu üzərində dayanması və bunun mümkünlüyünü araşdırması ilə bağlı mediada yayılan məlumatlar düzgün deyil”.

Amerikanın “The Wall Street Journal” qəzeti, eləcə də “Assoşeyted press” agentliyi iki gün əvvəl, Vaşinqtonla Tehran arasında İranın nüvə proqramının ən azı 10 il müddətinə dayandırılması barədə mümkün razılığa gəlməsi barədə məlumat yaymışdılar.

ABŞ dövlət katibi Con Kerri isə fevralın 24-də jurnalistlərlə görüşündə Tehranla Vaşinqton arasında belə bir razılaşmanın əldə olunmasını təkzib edərək, məsələ ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “İki ölkə arasında hələlik heç bir razılaşma əldə olunmayıb. Amerika qısa bir zamanda İranın belə bir razılaşmanın əldə olunmasına meyilli olub-olmadığını biləcək”.
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed