Şrift:
Facebookda -Biz Firdosinin heykəlinin sökülməsindən məmnunuq” səhifəsi yaradılıb
25.02.2015 [17:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Salmas şəhərində irqçi şair kimi tarixə düşən Firdosinin heykəlinin qaldırılması, fars şovinistlərini narahat etdiyi qədər Azərbaycan türklərini sevindirib.
Salmas Bələdiyyəsinin bu müsbət hərəkətini dəstəkləyən azərbaycanlılar sosial şəbəkələrdə bu mövzunu gündəmə gətiriblər. Məlumata görə, artıq “Facebook”da “Biz Firdosinin heykəlinin sükülməsindən məmnunuq”səhifəsi yaradılıb.

Azərbaycanlılar bununla heykəlin qaldırılmasına etiraz edən fars şovinistlərinə cavab vermək istəyiblər.

Qeyd edək ki, keçən günlərdə Güney Azərbaycanın Salmas şəhərinin Bələdiyyəsi şəhər əhalisinin təmayülü əsasında müsbət addım atıb. Bu şəhərdə fars irqçisi kimi tanınan Fidosinin adı “Firdosi meydanı” üzərindən götürülüb və onun heykəli də qaldırılıb. Bu hadisədən sonra fars şovinistləri etiraza qalxıblar.

İranın tarix və mədəniyyəti, həmçinin fars dili və ədəbiyyatının ustadları, Firdosişünaslarla birlikdə Salmas Bələdiyyəsinin etdiyi müsbət hərəkətinə kölgə salmağa çalışıb. Onlar İranın Milli Təhlükəsizlik Şurası, ölkə prezidenti və Qərbi Azərbaycan Valisinə etiraz məktubu yazıblar.

21 nəfərin imzaladığı məktubda Azərbaycan Milli Hərəkatı fəallarına qarşı hücum olur və deyilir: “Bu tarixi simvola hər hansı bir diqqətsizlik İranın bütövlüyü və kimliyinə qarşı düşmənlikdir və bölücülər üçün fürsətdir.”

Məktubda bununla yanaşı bildirilir ki, “Firdosini Şahnamə əsəri ilə iranlıların milli kimliyi və bütövlüyünü əbədi edib”. Halbu ki, Firdosi Azərbaycan türkləri üçün bir irqçi və türk kimliyinə saldıran bir şəxsdir.

Keçəm günlərdə 1188 nəfər ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) əlatıları da Salmas Bələdiyyəsinə etiraz edərək Firdosinin heykəlinin bərpasını Tələb ediblər. Bundan öncə SEPAH-a bağlı olan “Azəriha” və “Vətənxahan” kimi saytlar da öz etirazlarını bildirmişdilər.

Qeyd edək ki, Salmas Bələdiyyəsinin bu müsbət əməlinə etiraz edənlərin təxminən hamısı yerli olmayan şəxslərdir. Hətta onların arasında hazırda xaric ölkələrdə yaşayan çoxsaylı səltənətçi fars şovinistləri var.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed