Şrift:
Hepatit C-yə təsir edən ilk vaksin hazırlanıb
06.01.2012 [18:08] - Sağlıq
Britaniyanın Oksford Universiteti 41 könüllü üzərində hepatit C-yə qarşı vaksini sınaqdan keçirib və vaksinin işlədiyi qənaətinə gəlib. Bu barədə BBC xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, virus daim öz formasını dəyişdiyinə görə indiyədək onlar vaksin hazırlaya bilməyiblər.

Məlumdur ki, insan uzun illər ərzində hətta heç şübhələnmədən hepatit C virusu ilə yaşaya bilər. Bu müddət ərzində isə insanın qaraciyəri demək olar ki, tamamilə sıradan çıxır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada orqanizmə qanla keçən hepatitdən 170 milyon insan əziyyət çəkir. Bu yaxınlaradək virusa yalnız dərmanlar vasitəsilə nəzarət olunsa da, xəstəliyi müalicə etmək mümkün deyildi.

Britaniyalı mütəxəssislər isə virusun üst deyil, daxili strukturuna təsir etməyi qərara alıblar. "Virusun əsas hissəsi məhz daxildə yerləşir. Biz hepatit C-nin genetik materialından istifadə etməklə qrip virusunun şəklini dəyişdirmişik. İmmun sisteminin hepatitə hücum etməsinə belə nail olunub", - professor Pol Klenerman şərh edib.

Eksperiment göstərib ki, vaksin ciddi əlavə təsirlər yaratmadan minimum bir il ərzində aktiv qalan güclü immun cavabının yaranmasına təhrik edir. Bu nəticə sınağın ikinci hissəsinə keçməyə imkan verir. Alimlər vaksini yaxın vaxtlarda hepatit C virusuna yoluxma riski qrupunda olan adamlara verməyə hazırlaşırlar.
Bu xəbər oxucular tərəfindən 967 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed