Şrift:
Dünya Ana Dili Günündə mərasim keçirmək kürdlər üçün azad, türklər üçün qadağandır! (fotolar)
26.02.2015 [01:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İslam Cümhuriyyətinin asimilasyon siyasətinin əsas hədəfi türklərdir. Ona görə də, İranda məsələn ermənilər vəya kürdlər üçün tanınan hüquqlar türklər üçün tanınmır!
Son günlərdə Azərbaycan türkləri Dünya Ana Dili Gününü qeyd etmək üçün müxtəlif yollara əl atdılar, lakin rejim buna heç bir şəkildə imkan vermədi! Necəki ermənilər üçün “24 aprel” qondar soyqırımın ildönümü mərasimləri mümkündür, lakin azərbaycanlılar Xocalı soyqırımı ilə bağlı heç bir mərasim keçirə bilməz...!
Dünya Ana Dili Günündə mərasim keçirmək kürdlər üçün azad, türklər üçün qadağandır! (fotolar)

Dünya Ana Dili Günündə mərasim keçirmək kürdlər üçün azad, türklər üçün qadağandır! (fotolar)

Dünya Ana Dili Günündə mərasim keçirmək kürdlər üçün azad, türklər üçün qadağandır! (fotolar)

Hətta keçən günlərdə tanınmış azərbaycanlı fəal Əlirza Fərşi Dünya Ana Dili Gününü qeyd etməyə cəhd göstərdiyinə görə tutulub və hələ də saxlanılmaqdadır. Ancaq İran rejimi kürdləri İran kökənli hesab etdiyinə görə onlar bir neçə kürd şəhəri o cümlədən Banə şəhərində Dünya Ana Dili Günü ilə bağlı mərasim keçiriblər. Kürdlərə tanınan hüquqların türklər üçün tanınmaması uzun illərdir fars şovinizminin siyasi kursunda yer alır!
GünAz TV
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed