Şrift:
Aydın Zakiri və Fərdin Nobəxt barəsində çıxarılan vəsiqə qərarı nəticə verməyib!
28.02.2015 [01:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məhkəmə azərbaycanlı fəallar Aydın Zakiri və Fərdin Nobəxtin təqdim etdi vəsiqələri rədd edib.
Məlumata görə, adını çəkdiyimiz fəallar hazırda təcridxanada saxlanılır.

Məhkəmə Dünya Ana Dili Günündə yaxalanan fəalların hər biri üçün 10 milyon tümənlik vəsiqə təyin edib. Lakin fəallar tərəfindən təqdim olunan vəsiqələr rədd edilib və onlara bildirilib ki, vəsiqələr məhkəmə tərəfindən qəbul olunmur və onlar sərbəst buraxılmayacaq.

Bu arada Aydın Zakirinin xalçayuma sexinin (karqah) də möhürləndiri bildirilir.

Aydın Zakiri 21 Fevral – Dünya Ana Dili Günündə Meşkinşəhrdə yaxalanıb. Fərdin Nobəxt isə Dünya Ana Dili Günündən bir gün qalmış gecə vaxtı Meşkinşəhrdə tutulub. Hər iki fəal bundan öncə də qondarma ittihamlarla bir neçə dəfə yaxalanıb.

Xatırladaq ki, hər il olduğu kimi bu il də Dünya Ana Dili Günü ərəfəsində İran rejiminin azərbaycanlı fəallara qarşı təzyiqləri artıb. Bu ərəfədə bir neçə fəal o cümlədən yaxarıda adlarını çəkdiyimiz fəallar yaxalanıb.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed