Şrift:
Sabah Bakıda 12 dərəcə isti olacaq
07.01.2012 [12:16] - Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz keçəcək.

Səhər duman, çiskin, axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava gündüz əsasən yağmursuz olacaq. Gecə və axşam bəzi yerlərdə az yağıntılı, dumanlı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək .

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed