Şrift:
Nasir Əbdülhüseynzadə azadlığa buraxılıb
02.03.2015 [12:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Nasir Əbdülhüseynzadə fevralın 28-də şərti azadlıq maddəsi əsasında Meşkinşəhr zindanından azadlığa buraxılıb.
Keçən aylarda Muğanın Parsabad şəhərinin məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilən fəal 34 gün həbsdən sonra şərti azadlıq maddəsi əsasında sərbəst buraxılıb. Məhkəmə azərbaycanlı fəalı sistemin əleyhinə fəaliyyət görtərməkdə suçlayıb və qiyabı olaraq qərar çıxarmışdır.

Adını çəkdiyimiz fəal 2014-cü il fevralın 21-də Səid Hüseyni ilə birlikdə ana dili ilə əlaqədar fəaliyyətlərdə ittiham olunaraq yaxalanıb və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində 1 ay saxlandıqdan sonra sərbəst buraxılıb.
Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed