Şrift:
Səccad Kəraməti ETTELAAT idarəsinə çağrılıb
03.03.2015 [10:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Ərdəbil şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb.
Səccad Kəramətniya martın 1-də ETTELAAT idarəsində 6 saat sorğu-suala tutulub. O Ərdəbil şəhərinin tanınmış milli-mədəni fəalları ilə yaxın əlaqəsinə görə “təhsilinin davamına qadağa qoyulmaq” kimi təhdidlərlə üzləşib.

Adını çəkdiyimiz fəal keçən illərdə də müxtəlif bəhanələrlə təqib edilib və saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed