Şrift:
idman Azərbaycanın milli missiyasına çevrilib
03.03.2015 [10:36] - Gündəm, İdman
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) 95 illik yubileyinə həsr olunmuş mərasimində çıxışı edib.

Çıxışı zamanı o, qeyd edib ki, 20 ildən çoxdur müstəqilliyini bərpa edən Azərbaycan bu müddətdə mötəbər idman yarışlarında uğurla iştirak edib. U.Lui-Mari vurğulayıb ki, Bakıda keçiriləcək ilk Avropa Oyunları Azərbaycanı qitənin idman xəritəsinə bir daha təqdim etmək üçün olduqca gözəl fürsətdir.

O, bildirib ki, birinci Avropa Oyunları həm humanitar, həm də infrastruktur baxımından Azərbaycanda böyük irs qoyacaq: "On yeddi gün ərzində Avropanın bütün ölkələrindən olan 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq. İdman növlərinin 16-sı Olimpiya idman növüdür. Yarışları 600-dən çox jurnalist işıqlandıracaq. Oyunlar 18 idman qurğusunda, o cümlədən xüsusilə bu yarışlar üçün tikilmiş 5 yeni obyektdə keçiriləcək. Avropa Oyunlarında həm Azərbaycandan, həm də qitə ölkələrindən 16 mindən çox könüllü iştirak edəcək. Altı mindən çox incəsənət xadiminin ifasında təqdim olunacaq açılış və bağlanış mərasimləri dünyanın 100-dən çox ölkəsində birbaşa yayımlanacaq".

Daha sonra “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs isə çıxış edərək Avropa Oyunları zamanı mətbuat xidmətlərinin təşkili ilə bağlı məlumat verib.

Oyunların işıqlandırılmasında iştirak üçün 1200-dən çox jurnalistin müraciət etdiyini vurğulayan Ceyn Pirs mətbuat nümayəndələrinin media şəhərciyində yerləşəcəklərini söylədi: "Biz çalışacağıq ki, media nümayəndələrinə Olimpiya səviyyəli xidmətlər göstərək və jurnalistlər üçün hər cür şərait yaradaq".

Ceyn Pirs “Bakı-2015” Əməliyyat Komitəsinin AZƏRTAC ilə rəsmi tərəfdaşlıq və Azərbaycan tərəfindən Oyunları rəsmi xəbər agentliyi kimi işıqlandırması danışıqların aparıldığını da diqqətə çatdırıb.

Sonra “Bakı-2015”ə həsr olunan videoçarx nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed