Şrift:
Azərbaycan və Qazaxıstan hökumətlərarası sazişlərin imzlanmasına hazırlaşır
29.09.2011 [15:27] - Türk dünyası-Turan
Oktyabrın 19-20-də Qazaxıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sammiti keçiriləcək. Bu barədə cümə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda keçirilən Azərbaycan və Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VIII iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan sammit çərçivəsində 9 saziş, o cümlədən dəniz və ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar. Hazırda hər iki ölkənin dövlət orqanları hazırlanmaqda olan saziş paketi çərçivəsində detalların yenidən işlənməsi istiqamətində işləri başa çatdırırlar.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş 2009-cu il oktyabrın 3-də Naxçıvanda türkdilli dövlət başçılarının 9-cu sammitində imzalanıb. TDƏŞ-ə Azərbaycan, Qazaxıstan, Qığızıstan, Türkmənistan və Türkiyə daxildir.
Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed