Şrift:
Yavər Camalov: Azərbaycan ərəb ölkələrinə silah və sursat ixrac edəcək
04.03.2015 [12:12] - Gündəm, İqtisadiyyat
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bir neçə ərəb ölkəsinə silah, sursat və digər müdafiə təyinatlı məhsullar ixrac edəcək.

Bu barədə “AzeriDefence” jurnalına açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, fevralın 22-dən 26-dək Abu Dabi şəhərində keçirilmiş İDEX-2015 sərgisində bir neçə ərəb dövlətindən sifarişlər alınıb.

“Ərəb regionu bu gün dünya müdafiə sənayesi üçün perspektiv bazardır. Bu bazarda bizim də marağımız var”, - deyə nazir bildirib.

Y. Camalov region ölkələrindən qumbaraatanlar, onların döyüş sursatları, habelə müxtəlif çaplı atıcı silahlar üçün döyüş sursatlarına istək olduğunu, yaxın vaxtlarda tələb olunan məhsullarının testlərinin keçiriləcəyini və ixrac müqaviləsinin imzalanacağını bildirib.
Bu xəbər oxucular tərəfindən 908 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed