Şrift:
Behnam Şeyxi məhkəməyə çağırılıb
05.03.2015 [10:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Martın 2-də Tehran sakini azərbaycanlı milli-mədəni fəal bu şəhərin inqilab məhkəməsinin 1-ci şöbəsinə çağırılıb. O məhkəmə ittihamları qarşısında son olaraq özünü müdafiə etmək məqsədi ilə çağırılıb.
Qeyd edək ki, azərbaycanlı fəal B.Şeyxi 2014-cü martın 5-də Dünya Ana Dili Günü mərasimində iştirak etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və 2014-cü il mayın 14-də ağır mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

Adını çəkdiyimiz fəal bundan öncə də mədəni fəaliyyətlərinə görə müxtəlif təzyiqlərə məruz qalıb, qondarma ittihamlarla uzun müddət saxlanılıb və nəhayət vəsiqə qarşılığında sərbəst buraxılıb.
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed