Şrift:
8 Martda Bakıda hava küləkli olacaq
05.03.2015 [12:59] - Gündəm, Bildiriş
İlkin proqnoza əsasən, martın 8-də Bakıda və Azərbaycanın əksər rayonlarında hava küləkli olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, martın 6-7-də isə Azərbaycan ərazisində mülayim hava şəraiti hökm sürəcək.

Bakıda və Abşeron yarımadasında martın 6-da dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında martın 6-da havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 6-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
Bu xəbər oxucular tərəfindən 803 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed