Şrift:
Mübariz Qurbanlı: - Kənardan Azərbaycana müdaxilə etmək istəyən qrupların burada dərin kök salmaq imkanı məhduddur
05.03.2015 [13:02] - Gündəm, İslam dini
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında Türkiyədə “paralel yapı”nın (Fətullah Gülən tərəfdarlarının "paralel hakimiyyət” planları) Azərbaycanla bağlılığı ilə bağlı suala münasibət bildirərkən deyib.

Komitə sədri qeyd edib ki, Türkiyədə radikal dini qruplara qarşı mübarizə yüksək səviyyədə təşkil edilib. 80 milyon nəfər əhalisi olan Türkiyədə hər hansı dini radikal qruplar meydan sulaya, ölkənin ictimai həyatında problem yarada bilmir: “Bunun əsas səbəblərindən biri dini maarifçilik və dini təhsil sahəsində geniş və çoxşaxəli işlərin həyata keçirilməsidir. Türkiyədəki “paralel yapı” məsələsində də Türkiyə hökuməti müəyyən addımlar atır. Bu işlər mediada da geniş şəkildə işıqlandırılır. Bunun qollarının Azərbaycana da gəlməsi və s. məsələlərlə bağlı mediada yazılar yer alır. Lakin Azərbaycanda möhkəm ictimai sabitlik var və kənar ölkələrdən Azərbaycana sıçrayan və müdaxilə etmək istəyən qrupların qarşısını almağa qadirik və bu cür qrupların Azərbaycanda dərin kök salmaq imkanı da məhduddur”.
Bu xəbər oxucular tərəfindən 929 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed