Şrift:
Nyu Yorkda təyyarə qəzası
06.03.2015 [12:25] - Gündəm, Hadisə
Qəza nəticəsində azı 24 nəfər xəsarət alıb

Amerikanın Delta aviaşirkətinə məxsus sərnişin təyyarəsi martın 5-də Nyu-Yorkun La-Quardia aeroportunda qəzalı eniş edib

TASS informasiya agentliyinin məlumatına görə qəza nəticəsində azı 24 nəfər xəsarət alıb. Zərər çəkənlərdən ikisi xəstəxanaya yerləşdirilib, qalanlara isə yerində kömək göstərilib.

Göyərtəsində 127 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarə Nyu-Yorka Atlantadan uçub gəlirdi. Eniş zamanı hava gəmisi sürüşərək uçuş-enmə zolağından çıxıb və onun burun hissəsi torpağa dəyib. Bundan sonra təyyarə hasarı deşib və körfəzin cəmi bir neçə metrliyində dayanıb.

Qəzaya qarlı və dumanlı hava şəraitinin səbəb olduğu bildirilir. Belə ki, meqapolisə bir neçə saatdır ki, güclü qar yağır. ABŞ-ın federal aviasiya idarəsi aeroportun müvəqqəti bağlanması haqqında qərar qəbul edib.
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed