Şrift:
Və sonda zəfərin çaldı Elçibəy
06.03.2015 [12:51] - Gündəm, Gənclik
..Hər kəs bir yol tutar. Kimisi şərəfli, kimisi şərəfsiz yaşamağı tərcih edər.
Mən bu şeirimi heyatını şərəfiylə yaşamağa həsr etmiş, könüllərdə taxt-tac salmış, sadə vətəndaş, eşsiz rəhbər ƏBÜLFƏZ ELÇİBƏYƏ həsr edirəm.

Gənc şair Sahib Şəfiyev


Bu millətin vaxtı kecmiş şərəfin,
Qaytardı Elçibəy, aldı Elçibəy.
Qoydu qarşısına məqsəd, hədəfin
Və sonda zəfərin çaldı Elçibəy.

Qoyun doğruları, deyim dilimlə,
O, hətda savaşa girdi ölümlə,
Qurdu bu dövləti min bir zülümlə,
Ortada tək-tənha qaldı Elçibəy.

Tanımır çoxları bəlkədə onu,
Səbəbsiz qoydular kölgədə onu!
Nədən sevmədilər ölkədə onu?..
Axı qeydimizə qaldı Elçibəy.

..Ey Sahib yaz görüm hər şeyin düzün,
Göstər qələminin, qüdrətin, gücün,
Şərh eylə o şəxsi yalnızca özün
Qəlblərdə bir taxt-tac saldı Elçibəy,
Və sonda zəfərin çaldı Elçibəy.
Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed