Şrift:
Bəşir Səfəroğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək
07.03.2015 [14:33] - Xəbərlər, Afişa, Mədəniyyət
Martın 11-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Bəşir Səfəroğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

İncəsənət ustaları əvvəlcə B.Səfəroğlunun Fəxri Xiyabanda məzarını ziyarət edəcəklər.

Martın 13-də isə Mərdəkan mədəniyyət sarayında xalq artistinin həyat və fəaliyyətinə həsr edilmiş tədbir təşkil olunacaq.

Tədbirdə Bəşir Səfəroğlunun iştirak etdiyi klassik operettalardan, dramaturq və bəstəkarların musiqili komediyalarında yaratdığı müxtəlif xarakterli səhnə əsərlərindən fraqmentlər nümayiş olunacaq.
Bu xəbər oxucular tərəfindən 739 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed