Şrift:
Əxlaqa zidd olan "üzr istəmək"
10.03.2015 [12:45] - Gündəm, İslam dini
Üzr istəmək əxlaqi bir rəftardır, amma başqa rəftarlar kimi müəyyən çərçivədə və həddi-hüduda malikdir, o çərçivədən kənarda artıq qeyri-əxlaqi rəftara çevrilir.

Necə ki, bəxşiş və maddi yardım etmək əxlaqi rəftardır, amma əgər riyakarlıq məqsədilə olarsa və ya qarşı tərəfin tənbəlliyinə, işdən imtina edəcəyinə səbəb olarsa, yaxud israfçılıq və bədxərclik səviyyəsində olarsa qeyri-əxlaqi rəftara çevrilir.
1- Üzrxahlıq səhv bir rəftara görə atılan addımdır, əgər həmin şəxs özünü cinayətkar saymırsa üzr istəmək mənasız bir şeyə çevrilir.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
من اعتذر من غیر ذنب فقد اوجب علی نفسه الذنب
"Etmədiyi günüha görə üzr istəyən şəxs, əslində həmin günahı boynuna götürmüş olur."
Qurərul hikəm 2-ci cild 102-ci səhifə

2- Vəzifəsini yerinə yetirdiyinə görə üzr istəmək, günah etmədən üzr istəməkdən daha pisdir və əxlaqa ziddir.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
لا تعتذر من أمر أطعت الله سبحانه فیه فکفی بذلک منقبة
"Allahın sənə əmr etdiyi işə görə insanlardan üzr istəmə. Bu sənin fəzilət və üstünlüyə malik olmağına kifayət edir."
Əmirəlmöminin Əli əleyhissalam bəzi səhabələrin sərvət və qüdrət hərisliklərinin qarşısında dayanaraq onları bu işdən çəkindirməyə çalışır və zalımların padşahlığı kimi rəftar etməyəcəyini belə açıqlayır:
ما أعتذر ممّا فعلتُ و لا أتبرّأُ ممّا صنعتُ
"Rəhbərlik üslubumu dəyişməyəcəyəm və keçmişimə görə üzr istəməyəcəyəm."
əl-İrşad 1-ci cild 251-ci səhifə
Təbiidir ki, Allah Taalanın əmrləri və razılığı əsasında olan keçmişə görə üzr istənilə bilməz.

3- Bəzən isə siyasi məqsədlərə çatmaq üçün üzr istəməkdən təzyiq mexanizmi kimi istəfadə edilir, bu halda da üzr istəmək əxlaqa ziddir.
Məsələn, həzrət Peyğəmbərin (s) sevimli səhabələrindən olan Əbuzərin Rəbəzəyə sürgün edilməsi əmri 3-cü xəlifə tərəfindən verildikdə Mərvan o işi boynuna götürdü. Əmirəlmöminin Əli əleyhissalam qadağalara baxmayaraq qardaşı Əqil və övladları ilə Əbuzərin görüşünə getdi. Bu hərəkət bəzi xilafət yaltaqlarına səs-küy etmə şəraiti yaratdı. Onlar Əli əleyhissalamdan istədilər ki, Mərvandan üzr istəsin. Amma o həzrət buyurdu:
اما مروان فلا آتیه و لا اعتذر منه
"Mən heç vaxt Mərvanın yanına getməyəcəm və ondan üzr istəməyəcəm."
Şərhu nəhcül bəlağə (İbn Əbil Hədid) 8-ci cild 255-ci səhifə
Eləcə də Osmanın öldürülməsini bəhanə edərək üsyan edən Müaviyə hiylə işlədərək Əbubəkin oğlu Məhəmmədə məktub yazıb onun vaxtilə Osmanın müxaliflərindən olduğuna görə üzr istəməsini tələb etdi, amma Məhəmməd isə Müaviyəyə belə yazdı:
اما بعد فقد آتانی کتابک تذکّر من امر عثمان امرا لا اعتذر الیک منه
"Sənin Osmala əlaqədər mənə yazdığın məktubun mənə çatdı, mən heç vaxt ona görə səndən üzr istəməyəcəm."
əl-Ğarat 1-ci cild 183-cü səhifə

4- Əxlaqi dərki olan şəxsin qarşısında olan üzrxahlıq əxlaqi dəyər sayılır, lakin səviyyəsiz və əxlaqsız adamın qarşısında üzr istəmək əxlaqa ziddir.
Həzrət Loğman buyurur:
لا تعتذر الی من لا یری لک حقا
"Sənin haqqını qəbul etməyən şəxsdən üzr istəmə."
Biharul ənvar 13-cü cild 419-cu səhifə
Belə bir şəxsin qarşısında günahkar kimi qalmaq üzr istəməkdən daha yaxşıdır. Odur ki, İmam Hüseyn əleyhissalam buyurur:
ربّ ذنب احسن من الاعتذار منه
"Bir sıra günahlar var ki, üzr istəməkdən daha yaxşıdır."
Nəzhətun nazir 84-cü səhifə/axlaqimaarif/
Bu xəbər oxucular tərəfindən 966 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed