Şrift:
Təbriz şəhərinin icra başçısı: -Kimsə İcazəli konsertin qarşısını ala bilməz
10.03.2015 [14:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son vaxtlar Güney Azərbaycan şəhərlərində icazəli musiqi konsertlərinin ləğv edilməsi məsələsi gündəmdən düşmür.
Güney Azərbaycanın Təbriz şəhərinin icra başçısı (fərmandar) bu barədə bir jurnalistin sualını cavablandırıb.

Rəhim Şöhrətifər, Təbrizdə musiqi konsertlərinə qarşı qadağa ilə bağlı verilən suala belə cavab verib:

“Bu barədə dəqiq qanunlarımız var. Xöşbəxtlikdən musiqi konsertlərinə icazə verməklə bağlı da konkret qanun var. Təbrizdəki konsertlər qanuna əsasənır və icazəli şəkildə həyata keçirilir. Aydın məsələdir ki, qanunsuz əməllərin qarşısı alınır. Lakin dövlətin icazəsi ilə bəlli bir zalda bəlli bir proqramın icrasının qarşısını almaq olmaz.”

R.Şöhrətifər bir daha vurğulayıb ki, “bu işlər Təbrizdə qanun əsasında görülür və belə proqramlara icazə verilərkən bütün qanunlar diqqətə alınır.”

Qeyd edək ki, son zaman Güney Azərbaycanın Təbriz, Urmiyə, Qoşaçay və Şot kimi şəhərlərində bir neçə icazəli konsertin qarşısı alınıb. Bu isə musiqiçilərlə yanaşı yerli əhalinin də etirazına səbəb olur.
Bu xəbər oxucular tərəfindən 689 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed