Şrift:
Tatarıstan prezidenti Təbrizdə
11.03.2015 [09:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tatarıstan prezidenti 1-ci gün siyasi-iqtisadi heyətlə birlikdə Güney Azərbaycanın siyasi mərkəzi Təbrizdə gəlib. Bu səfərdə Rüstəm Minnixanovu bir neçə nazir müşayiət edir.
Tatarıstan prezidenti və onu müşayiət edən heyət Təbrizin böyük sənaye müəssisələrinə baxış keçirəcək. Səfər çərçivəsində Minnixanovun Təbriz və Tatarıstan iş adamlarının keçirəcəyi birgə görüşdə də iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, Tatarıstan çoxsaylı türk cümhuriyyətlərindən biridir və hazırda Rusiya Federasiyasının tərkibindədir. Tatarıstan paytaxtı Kazan öz dərin tarixi ilə seçilir və türk dünyasında önəmli coğrafi məkanlardan biridir.
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed