Şrift:
Urmiyəli rejissorun Ağı- filmi Kann kino-festivalında nümayiş etdiriləcək
11.03.2015 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran xəbər agentlikləri urmiyəli kinorejissor Yusuf Kargərin “Ağı” filminin 2015-ci il Beynəlxalq Kann kinofestivalının qısametrajlı filmlər kateqoriyasında müsabiqədə nümayiş etdiriləcəyini bildirib.

Kann kino-festivalının qısametrajlı filmlər kateqoriyasında müsabiqə bu filmlərin istehsalı, yayımı və reklamı ilə məşğul olan peşəkarlar arasında əlaqə yaratmaq məqsədi ilə keçirilir.

Kinofestivalın veb səhifəsinin kataloqunda dərc edilən məlumata görə, dram janrında çəkilmiş "Ağı" filmi 29 dəqiqə davam edir.

Kargərin “Gecə üçün bir mərsiyə” adlı digər filmi ötən illərdə bir neçə beynəlxalq festivalda mükafatlar qazanıb.
Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed