Şrift:
Azərbaycanda hemofiliyalı xəstələrin 40 faizinin daimi müalicəyə ehtiyacı var
12.03.2015 [16:46] - Gündəm, Sağlıq
Azərbaycanda hemofiliyalı xəstələrin 40,8 faizinin daimi müalicəyə ehtiyacı var.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib ki, hazırda Azərbaycanda 1500-dən çox hemofiliyalı xəstə qeydiyyatdadır. Onların 612 nəfəri bütün həyatları boyunca daim müalicə olunmalıdır. Əks halda, onlar sağlam həyat tərzi sürə bilməz və ağır dərəcəli əlil ola bilərlər.

Assosiasiya prezidenti qeyd edib ki, Azərbaycanda 1500-dən çox hemofiliyalı xəstənin 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Onun sözlərinə görə, 5 yaşından yuxarı uşaqların və onların valideynlərinin isə psixo-sosial və fizioterapevtik reabilitasiyaya ehtiyacı var.

G.Hüseynova bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə keçən il hər bir rayonda xüsusi təkmilləşdirmə kurslarında iştirak etməklə bir hematoloq və bir tibb bacısı hazırlanıb. Həmin tibb işçiləri şəhər və rayonların mərkəzi xəstəxanalarında fəaliyyət göstərdikdə xəstələrin həkim-mütəxəssislə əlaqəsi daha da asanlaşacaq, həkim qəbuluna getməkdən ötrü rayonlardan Bakıya gəlməli olmayacaqlar.
Bu xəbər oxucular tərəfindən 476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed