Şrift:
Valilik rəsmisi: Urmiyə həndəvərində 100 min nəfər yaşayır
13.03.2015 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın bütün şəhərlərində çoxsaylı soydaşımız şəhər həndəvərində ağır vəziyyətdə yaşayır. Bu vəziyyət həm də şəhər daxilində yaşayan əhaliyə problem yaradır.
Qərbi Azərbaycan valisinin abadlıq işləri üzrə müavini bildirib ki, Urmiyə həndəvərində 100 min nəfər yaşayır.

Hadi Bahadori bu vəziyyəti düzəltmək üçün dövlət tərəfindən heç bir büdcənin ayrılmadığını da diqqətə çatdırıb. O əlavə edib ki, “Qərbi Azərbaycanın əksər şəhərləri bu vəziyyətdən əziyyət çəkir, bəzən isə əhalinin məlumatsız olması bu vəziyyətin yaranmasına səbəb olur.”

Qeyd edək ki, sözü gedən problem Güney Azərbaycanın bir çox şəhərində yaşanır. Rəsmi məlumatlara görə, təkcə Təbriz şəhəri həndəvərində 400 min nəfərdən çox əhali yaşayır.
Bu xəbər oxucular tərəfindən 620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed