Şrift:
Barak Obama İrana qarşı sanksiyaların müddətini uzadıb
13.03.2015 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaların müddətini uzadıb.
Davam.az APA-ya istinadən xəbər verir ki, Ağ Evin məlumatında belə deyilir.

“İran hökumətinin siyasəti və müəyyən hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün mühüm təhlükələr yaratmağa davam edir. Odur ki, 1995-ci il, 15 mart tarixli qərar qüvvədə qalmalıdır”, sənəddə qeyd olunur.
Bundan əvvəl, Obama Konqresi İrana qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı təkliflərdən imtina etməyə çağırmışdı.
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed