Şrift:
Azərbaycan və Belçikanın iş adamlarının forumu keçiriləcək
09.01.2012 [13:21] - İqtisadiyyat
Bu il ərzində Azərbaycan və Belçikanın iş adamlarının forumu keçiriləcək.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) bildiriblər ki, bu barədə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin ölkəyə səfəri zamanı razılığa gəlinib.

Balçikalı deputat Filip Blanşarın rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlər zamanı Azərbaycan-Belçika Dostluq Qrupunun 2012-ci il üçün fəaliyyət proqramı müzakirə edilib.

2012-ci il üzrə tədbirlər planına uyğun olaraq, Qrupun rəhbərlərinin seçildikləri dairələrə (Azərbaycanda və Belçikada) tanışlıq səfərləri təşkil edilməli, hər ölkədən bir universitet və bir TV kanalı ilə işbirliyi qurulmalıdır. Həmin işbirliyinə uyğun olaraq Azərbaycan universitetində tələbələrə Belçikanın təbliği və Azərbaycan telekanalında Belçika ilə bağlı proqramların hazırlanması təmin edilməlidir. Tədbirlər planına uyğun olaraq, həmçinin Belçika parlamentində Xocalı faciəsinin 20-ci ildönümü (2012-ci ilin fevralında) və Azərbaycanla Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü (2012-ci ilin iyununda) qeyd olunacaq.
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed