Şrift:
Tehran stadionunda polisin azərbaycanlılara qarşı hücumundan VİDEO GÖRÜNTÜ
21.03.2015 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Martın 18-də (isfəndin 27-də) Tehranın azadı stadionunda bu şəhərin “Peykan” voleybol komandası ilə Urmiyənin “Şəhrdari” takımı qarşılaşdı. (3 – 2) hesabı ilə “Peykan”ın xeyirinə yekunlaşan müsabiqədə soydaşlarımız dinc şəkildə bir çox milli şüarlar səsləndirdilər. Lakin “Traxtur” futbol takımının müsabiqələrində olduğu kimi voleybol müsabiqəsi də qarşıdurmasız ötüşmədi.
Xəbər verdiyimiz kimi, polis qüvvələri Urmiyə komandasının tərəfdarlarına qəfildən hücum edib və onları vəhşicəsinə döyüb. Onlarla soydaşımızın yaralandığı hadisə azərbaycanlıların ciddi qəzəbinə səbəb olub, hətta bir çox yerli məsul da bu məsələyə ciddi etiraz bildirib.

Polis bir çox soydaşımızın stadiona daxil olmasına da mane olub. “Şəhrdari” takımına ayrılan yerlərin dolması bəhanəsi ilə azərbaycanlı tamaşaçıların əksəriyyəti stadiona buraxılmayıb. Onlar müsabiqə bitdikdən sonra polis hücumuna da məruz qalıblar.

VİDEO:

Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed