Şrift:
Ötən il respublika ərazisində qanunsuz yaşayan 3023 əcnəbi daxili işlər orqanlarının xətti ilə Azərbaycandan çıxarılıb
09.01.2012 [15:56] - Gündəm
Ötən il Azərbaycan ərazisində qanunsuz yaşayan 3023 əcnəbi daxili işlər orqanlarının xətti ilə ölkədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyi Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Əli Mərdanov məlumat verib.

İdarə rəisinin sözlərinə görə, deportasiya olunanlardan 674-ün ölkədən çıxarılma prosesi Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirilib.

2011-ci ildə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşən əcnəbilərdən 1319 nəfəri Türkiyə, 825-i Pakistan, 339-u Çin, 236-sı Türkmənistan, 445-i Rusiya, 41-i Gürcüstan, 50-si İran, 24-ü Özbəkistan, 19-u İsrail, 25 nəfəri isə Banqladeş vətəndaşı olub.
Bu xəbər oxucular tərəfindən 953 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed