Şrift:
Polisin amansız hücumuna qarşı etirazlar davam edir
23.03.2015 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Martın 18-də Tehranın azadı stadionunda super liqa rəqabətləri çərçivəsində keçirilən voleybol müsabiqəsi polisin amansız zorakılığı ilə yadda qaldı. Bu hadisə bütün azərbaycanlılarla yanaşı yerli məsulların da etirazına səbəb oldu. Həmin hadisədən sonra Qərbi Azərbaycan Vilayətinin voleybol heyətinin rəisi Kərim Fruzan öz vəzifəsindən istefa verdi. “Şəhrdari” klubunun müdir-amili Əhəd Yusifi də voleybol tərəfdarlarını dəstəkləmək məqsədi ilə öz fəaliyyətini məsələ araşdırılana qədər təxirə saldı. Urmiyənin İran parlamentindəki millət vəkilləri Nadir Qazipur və Cavad Cahangirzadə bu vəhşiliyi şiddətlə qınayıb və məsələni qanuni yolla təqib edəcəklərini bildirdilər. Urmiyə şəhərinin voleybol heyəti də soydaşlarımıza dəstək vermək məqsədi ilə bütün fəaliyyətlərini təxirə saldı. Urmiyənin Şəhər Şurası isə hadisə ilə bağlı bəyanat yayıb və polis zorakılığına kəskin etiraz bildirdi.
Son məlumata görə, Qərbi Azərbaycan valisinin ictimai, siyasi və təhlükəsizlik işləri üzrə müavini sözü gedən hadisəyə münasibət bildirib: “Müsabiqə zamanı baş verən hadisələr xoşagəlməzdir və bu məsələ yerlilərimizi narahat edib.”
Əlirza Radfər artıq hadisəni diqqətə aldıqlarını bildirib: “Biz “Şəhrdari” klubunun yazılı raportunu gözləyirik, ondan sonra hadisənin bütün tərəfləri dəqiq olaraq araşdırılacaq.”
“Şəhrdari” klubunun müdir-amili isə məsələyə yenidən qayıdıb. O bu dəfə İran polisinin amansız zorakılığına görə “Şəhrdari” tərəfdarlarından üzr istəyib. Əhəd Yusifi bildirib ki, “urmiyəli “Şəhrdari” tərəfdarları super liqada ən yaxşı və anlayışlı tərəfdarlardır. Urmiyədə əksər müsabiqələrdə 6000 nəfərlik stadiona tutumundan artıq tərəfdar toplanır, lakin heç vaxt kontrol və təhlükəsizlik problemi yaşanmayıb. Ama 1200 nəfərlik bir stadionda keçirilən müsabiqədə tərəfdarlarla çox pis rəftar olundu.”
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed