Şrift:
Bədii gimnastlarımız Fransada on medal qazandı
24.03.2015 [12:33] - Gündəm, Gənclik, İdman
Bayram əhval - ruhiyyəli bu həftəsonu Fransada bədii gimnastika üzrə hər il keçirilən ənənəvi “Qran-Pri” yarışı və beynəlxalq turnir yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, Azərbaycan gimnastı Marina Durunda Tiye şəhərində “Qran-Pri”-də çıxış edərək 3 medal qazandı: onun hesabına gürzlərlə hərəkətə görə qızıl, lentlə hərəkətlərə görə gümüş və halqa ilə çıxışına görə bürünc medalı yazıldı. Ümumi hesaba daha bir bürünc medalı isə böyüklərdən ibarət qrup komandasının ikinci heyəti “6 gürz – 2 halqa ilə” kompozisiya ilə çıxışlarının nəticələrinə əsasən yazdırdılar.

Fransanın digər şəhəri Kaledə gimnastımız Jalə Piriyeva yeniyetmələr arasında çoxnövçülükdə, iplə və gürzlərlə üç gümüş medal, həmçinin halqa ilə qızıl medal əldə etdi. Digər gimnastımız topla çıxışına görə gümüş medal qazanıb. Gimnastlarımız komanda hesabında da birinci yeri tutmuşlar
Bu xəbər oxucular tərəfindən 926 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed