Şrift:
«Sabiq prezidentlər haqqında» qanun layihəsi üzərində iş gedir
30.09.2011 [13:41] - Gündəm
«Diffamasiya haqqında» qanun layihəsi Milli Məclisə daxil olmayıb.

Bu barədə parlamentin iclasında Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

Spikerin sözlərinə görə, hazırda parlamentdə belə bir qanun layihəsi yoxdur: «Belə bir qanun olarsa, onu ictimai müzakirəsiz qəbul etmək olmaz. Belə bir qanun yoxdur. 5-6 nəfər nəsə hazırlayıbsa, deyə bilmərəm».

Spiker «Sabiq prezidentlər haqqında» qanun layihəsinin isə üzərində iş aparıldığını bildirib: «Bunun maliyyə məsələləri var idi, artıq həllini tapıb. Qanun parlamentin iş planına salınıb».

O. Əsədov “Siyasi partiyalar haqqında” qanun layihəsinin isə Avropa Şurası Venesiya Komissiyası ilə birgə işləndiyini qeyd edib: “Hazır olanda qəbul edəcəyik”.
Bu xəbər oxucular tərəfindən 1054 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed