Şrift:
Azərbaycan vətəndaşlarının sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılması mexanizmi hazırlanıb
10.01.2012 [12:10] - İqtisadiyyat
Azərbaycan əhalinin 1992-ci il yanvarın 1-dək Əmanət Bankına qoyulmuş əmanətlərinin qaytarılmasının təmin edilməsi üzrə mexanizmi hazırlayıb. Bu barədə millət vəkili Əli Məsimli deyib: "Biz Nazirlər Kabineti və Maliyyə Nazirliyindən konkret hərəkət gözləyirik. Əhalinin əmanətlərinin qaytarılmasının təmin edilməsi, qaytarılma mexanizmi üzrə qanun layihəsi, qanun layihəsinin ayrı-ayrı bəndləri məsələsi üzrə izahedici qeydlər, eləcə də əmanətlərin qaytarılmasının təmin edilməsi məqsədilə qüvvədə olan qanunverciliyə hansı dəyişikliklərin tətbiq edilməsinin vacibliyi ilə bağlı qanun layihəsi artıq parlamentin İqtisadi siyasət komitəsi tərəfindən hazırlanıb".

Əvvəl ölkənin maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycan əhalinin 1992-ci il yanvarın 1-dək Azərbaycan SSR-in Əmanət Bankına qoyulan əmanətlərinin qaytarılmasının təmin edilməsinə 2012-ci ildə maliyyə vəsaiti tapa bilər. Nazirin sözlərinə görə, bu, müfaviq qanun layihəsinin hazırlanmasından sonra mümkün olacaq.

Bu vəsaitlərin verilməsi əhalinin əmanətlərinin indeksləşdirilməsi prosesinin çətinliyinə görə bir neçə dəfə təxirə salınıb. Bu prosesin hazırlanması üçün parlamentdə işçi qrupu yaradılıb. Həmin proses "Əhalinin 1992-ci il yanvarın 1-dək AzSSR-in Əmanət Bankında həyata keçirilən əmanətlərinin indeksləşdirilməsi haqqında" qanunun mexanizminin hazırlanması və təsdiq edilməsindən sonra başlaya bilər.

Azərbaycanda indeksləşdirmə məsələsi parlamentdə bir neçə dəfə qaldırılıb, lakin Baş nazir Artur Rasizadənin rəhbərliyi altında 2005-ci ildə yaradılan dövlət komissiyasının qərarı olmadan əmanətlərin qaytarılmasının başlanmasına start verilə bilməz, bunun üçün isə ölkəyə uyğun əmsal müəyyənləşdirilməlidir. Büdcədən mövcud mexanizmlər olmadan bu məqsədlərə vəsait ayrıla bilməz, halbuki 2006-cı ilin dövlət büdcəsində əmanətlərin indeksləşdirilməsi prosesinin başlanması üçün 50 milyon manat qoyulmuşdu.

Qanun layihəsinin əvvəlki variantına əsasən, əmanətlərin indeksləşdirilməsinin 8-10 il ərzində həyata keçirilməsi nəzərdə tutulurdu və alətlərdən biri kimi qiymətli kağızlar göstərilirdi. Şərifovun sözlərinə görə, qonşu ölkələrin təcrübəsi əmanətlərin bu cür indeksləşdirilməsinin səmərəsiz olduğunu göstərdi, belə ki, bu, pulların qiymətdən düşməsinə gətirib çıxarır. Milli Məclisin spikeri Oqtay Əsədov nazirin mövcud məsələnin qısa müddətdə (1-2 il) həlli ilə bağlı təklifini dəstəkləyib.

MDB ölkələrində indeksləşmə ancaq Qazaxıstan, Qırğızıstan və Belarusda başa çatıb. Hazırda əmanətlərin indeksləşdirmə prosesə Rusiya, Ukrayna və Moldovada hər birində müxtəlif cür gedir. Belə ki, Rusiyada 1 sovet rublu 0,0033 dollar, Qazaxıstanda 0,006 dollar (yaxud 150 rubl 1 dollar qəbul edilib), Ukraynada 0,009 dollar, Belarusda 0,33 dollar, Moldovada 0,20 dollar, Qırğızıstanda isə 0,024 dollar qəbul edilib.

Vəli Vəliyev
Bu xəbər oxucular tərəfindən 955 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed