Şrift:
Amerikalı senator: -Razılaşma əldə olunmasa İrana qarşı yeni sanksiyalar səsə qoyulacaq
26.03.2015 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerikada Respublikaçılar partiyasından olan senator Mitç Makkonnel martın 24-də jurnalistlərlə görüşərək Qərbin İranla apardığı nüvə müzakirələrindən və mümkün yekun razılaşmadan danışıb.
Senator Mitç Makkonnel deyib ki, əgər 5+1 qrupu ilə Tehran arasındakı danışıqlar martın sonuna qədər nəticə verməsə, ABŞ Senatında İrana qarşı yeni sanksiyalar səsə qoyulacaq: “Hesab edirəm ki, martın sonuna qədər danışıqlarda yekun razılaşma əldə olunmasa, İrana qarşı daha ağır və yeni sanksiyaların tətbiq olunması ən münasib addım olacaq. Yox, əgər razılaşma əldə olunsa, qanunvericilər ABŞ prezidentindən həmin razılaşmanı Konqresdə səsə qoymasını tələb edən bir qanun qəbul edəcəklər”.

Qərbin İranla apardığı nüvə danışıqlarının nəticə verməsi üçün martın sonuna qədər vaxt təyin edilsə də, müzakirələrdə hələ də konret hər hansı bir nəticə əldə edilməyib.
Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed