Şrift:
Sankt-Peterburqda Azərbaycan Günü keçirilib
10.01.2012 [13:43] - Diaspor
Sankt-Peterburqda Azərbaycan Günü keçirilib

Sankt-Peterburq hökumətinin iqtisadi inkişaf, sənaye siyasəti və ticarəti Komitəsi tərəfindən Yeni il ərəfəsində şəhər sakinləri və qonaqlar üçün “Sankt-Peterburq Milad Yarmarkası” keçirilib.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun mətbuat xidmətindən verilən xəbərə görə, cari ilin yanvar ayının 14-dək davam edəcək yarmarkada Sankt-Peterburq şəhərində yaşayan xarici ölkələrin nümayəndələri (bu il 17 ölkə) iştirak edirlər. Tədbir ərəfəsində hər bir ölkənin günü keçirilir.
Sözügedən yarmarkada yanvar ayının 8-də Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Günü keçirilib. Yarmarkada ölkəmizin kənd təsərrüfatı məhsulları, həmçinin Azərbaycan mətbəxi və müxtəlif suvenirlər nümayiş etdirilib.
Baş konsul Qüdsi Osmanov tədbirdə çıxış edərək, Azərbaycanın yeni əsrdə siyasi-iqtisadi nailliyyətlərindən, Azərbaycan ilə Rusiya arasında olan dostluq münasibətlərdən və azərbaycan icmasının Rusiyada böyük rolu haqqında geniş məlumat verib.
Tədbirin sonunda Sankt-Peterburqun Mariinski teatrın artistləri ölkəmizin görkəmli bəstəkar Polad Bülbüloğlu və müğənni Rəşid Behbudovun mahnılarını ifa etmiş, o cümlədən, bayramda iştirak edən şəhər sakinlərinə Azərbaycan rəqsləri nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 1213 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed