Şrift:
Almaniyada Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) II Qurultayı keçirildi
10.01.2012 [16:58] - Diaspor
Almaniyada Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) II Qurultayı keçirildi

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin ikinci qurultayı 2012-ci il yanvarın 7- 8-də Köln şəhərinin “Youth Hostel” (Gənclər Evi) binasında keçirildi.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların qatıldığı qurultay Güney Azərbaycan milli hökumətinin himni və GAMAC başqanı prof. Qulamrza Səbri Təbrizinin salamlama çıxışı ilə başladı. Qurultayın aparılmasını GAMAC başqanı prof. Qulamrza Səbri Təbrizi Jalə xanım Təbriziyə həvalə etdi. Jalə xanım Təbrizi GAMAC-nin İdarə heyəti üzvlərini tribunaya dəvət edərək qurultay iştirakçılarına təqdim etdi. Bundan sonra Cəbhənin 16 aylıq fəaliyyəti ilə bağlı hazırlanış hesabat Sadiq İsabəyli, Maşallah Rəzmi, Jalə Təbrizi tərəfindən iştirakşıların diqqətinə çatdırıldı, görülən işlərlə bağlı geniş açıqlama və rəsmi sənədlər təqdim olundu. Bundan sonra iştirakçılar Cəbhənin gördüyü işlərlə bağlı suallar verdilər və gələcək işləri barədə öz fikir və təkliflərini irəli sürdülər.
Sonra bütün iştirakçılara paylanmış GAMAC-nin Əsasnamə və Nizamnaməsi, ona edilən bəzi əlavə və dəyişikliklər müzakirəyə çıxarıldı. Qurultay iştirakşıları tərəfindən verilən bəzi təkliflər də nəzərə alınmaqla Əsasnamə və Nizamnamə açıq səsverməyə çıxarıldı və səsçoxluğu ilə qəbul olundu. Fasilədən sonra yeni İdarə heyətinin seçilməsi məqsədilə Cəbhənin əvvəlki İdarə heyəti üzvləri istefa verdilər. Yeni İdarə heyətinin seçilməsi üçün Behruz Həqqi və Fəraməz Quluzadədən ibarət qrup müəyyənləşdi. Yeni İdarə heyətinə üzv olmaq istəyən iştirakçılar öz namizədliklərini irəli sürdülər.
Gizli səsvermə yolu ilə aşağıdakı şəxslərdən ibarət Cəbhənin yeni İdarə heyəti seçildi:


1. prof. Qulamrza Səbri Təbrizi
2. Əhməd Obalı
3. Maşallah Rəzmi
4. Behruz Həqqi
5. Sadiq İsabəyli
6. Dr. Əyyub Qaneyi
7. Nadir Tarək
8. Əhməd Əlizadə
9. Fəramərz Quluzadə
10. Dr. Araz Süleymani
11. Araz Muğanlı
12. Səttar İslami
13. Əli Məhəmmədi

İdarə Heyəti seçildikdən sonra qurultayın ilk iş günü başa çatdı. Tədbir musiqi proqramı ilə davam etdi.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin ikinci qurultayı növbəti gün 08.01.2012-ci il tarixdinə davam etdi və qurultay iştirakçılarına həbsdə olan milli fəallarla baglı, Urmu gölü, həmçinin Cəbhənin ikinci qurultayının siyasi qətnaməsi oxundu. Hər bir qətnamə ayrı-ayrılıqda müzakirə edildi və açıq səsvermə yolu ilə qəbul olundu. Bundan sonra Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin gələcək fəaliyyəti, Güney Azərbaycan Milli Azadlıq Hərəkatında təşkilatlanma, təşkilatlararası işbirliyi, Azərbaycan təşkilatlarına üzvlərin cəlb olunması və Azərbaycan milli hərəkatı ilə bağlı digər önəmli məsələlər qurultayda müzakirə olundu, qurultaya ünvanlanmış təbrik məktubları oxundu.
Qeyd edək ki, qurultay iştirakçıları içəridəki Azərbaycan milli fəallarının haqlı mübarizəsində onlarla bir olduqlarını nümayiş etdirmək məqsədilə qurultay salonunun ön sıralarına Güney Azərbaycan milli azadlıq mücadiləsinin şəhidlərinin xatirəsinə, bu yolda ağır həbs və işgəncələrə məruz qalan milli fəalların haqlı mübarizəsinə dəstək əlaməti olaraq qırmızı qızılgüllər qoyulmuşdu.
Bu xəbər oxucular tərəfindən 1236 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed