Şrift:
Farsların etnik antropologiyası
02.04.2015 [11:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
Kolumbiya universitetinin professoru Vilyam Repli “Avropanın irqləri” adlı kitabında yazır : “Ön Asiya və Qafqazın avropoid olması bizə əsas vermir ki Ön Asiya xalqlarının hamısının köklərini Şumerlərə, Assurlara bağlayaq. İran yaylasında məskunlaşan müxtəlif etnik qruplara malik insanların antropoloji analizi göstərir ki, Ön Asiyanı heç də şumerlərin,assuların əzəli vətəni kimi qeyd etməməliyik və müasir dövrdə bu ərazilərdə məskunlaşan bütün etnosların kökünü onlara bağlamamalıyı. Bu gün İranın pers əhalisi ( farsları nəzərdə tutur ) etnik cəhətdən ön asiyalılarla qohum deyillər. Onlar həmçinin Qafqazlılarda da əlaqədə olmamışlar. Farsların adı çəkilən ərazilərə sonradan gəldiyini sadə linqivistik və mədəni araşdırmalarla sübut etmək olmaz. Mütləq şəkildə miqrasiyalar araşdırılmalı və farslara dil və mədəni cəhətdən deyil antropoloji cəhətdən qohum olan xalqlarla əlaqələri öyrənilməlidir.” V. Replinin farslarla bağlı dediyi bu fikir o dövr üçün bir mənalı qarşılanmamışdı. Çünki dövr irqçilik dövrü idi. Amma nədənsə V. Repli digər antropoloqların sevə-sevə adlarını qeyd etdiyi farsların arilərin real davamçısı olmasına qarşı kitabında belə ifadələrə yer verməsi, dövrün və sonrakı illərin tədqiqatçılarına çox qəribə gəlmişdi. Əslində məhşur antropoloq nə dediyini çox gözəl bilirdi. Çünki ondan öncə də farslarla bağlı bu tip yanaşma avropa antropologiyasında yer almışdı.
İran adlanan ərazinin araşdırılması və nəticə çıxarılması rus antropoloqları üçün xarakterik idi. Onlar farsları ya Balkan – Qafqaz tipinə yada sadəcə Qafqaz yarımqrupuna aid edirdilər. Lakin Avropa üçün İranın araşdırılması ümumi nəticə çıxarılma deyildi. Qəti şəkildə istər II Dünya müharibəsindən öncə istərsə də sonra İran və fars termini antropoloqlar üçün tamamilə fərqli anlayışlar idi. Ümum İran üçün qeyd olunurdu ki: “burada əhalinin əksəriyyəti Aralıq dənizi irqinə aiddir, digər qismini isə Əfqan tipi təşkil edir”. Aralıq dənizi irqi dedikdə Cənubi Azərbaycan əhalisi nəzərdə tutulurdu. Əfqan tipinə isə bəluclar, farslar, bəxtiyarilər aid idi. Adı çəkilən etniklərə görə sonrakı dövrlərdə bu tip əfqan yox İrano-Əfqan adlandırılmağa başladı. Və sualları da özü ilə birlikdə gətirdi : İrano-Əfqan tipinin mənşəyi kimlərlə bağlıdır? Bu tipin yayılma arealı haralardır ? Hansı qədim xalqlarla əlaqəsi vardır ? və s.
Harvard universitetinin Antropologiya üzrə professoru Stivin Kun “Avropanın irqləri” kitabında yazır: “ Əvvəllər Persia adlanan İran farslar tərəfindən sonradan ələ keçirilmişdir. Əvvəllər burada semit dillərində və hind-avropa dillərində danışan tayfalar yaşamışlar. Əsas üstünlüyü isə Azərbaycan türklərinin dili təşkil edirdi”. Kunun yazdıqlarından belə aydın olurki, Persiyanın qədim əhalisi kimi özünü qələmə verən farslar əslində sonralar buraya gəlmişdilər. Bu ərazinin yerli əhalisi böyük ehtimal assurların və şumerlərin davamçıları olmuşdurlar.

S.Kunun Avropada irqlər kitabında İran xəritəsi . Maraqlıdır ki xəritədə S.Kun Cənubi Azərbaycanın bir qismini İrana daxil etməmişdir.Təbriz və Urmu gölü Azərbaycanın tərkibində verilib.
S.Kun yazır: “İran adlanan yerdə ( olduğu kimi tərcümə olunmuşdur ) yaşayan əhali iki irqi tipə aid olunurlar: bunlardan birincisi Aralıq dənizi irqi, ikincisi isə İrano-Əfqan tipidir. Ümumilikdə hər ikisinin boy göstəricisi qadınlarda 164 sm, kişilərdə 170 sm-dir. ( orta gösətirici ) Etnik cəhətdən farsdilli olmayan Aralıq dənizi irqinin nümayəndələri Mesopotomiyanın qədim əhalisi ilə oxşarlıq təşkil edir. Başları dolixokefal ( yəni uzunbaşlı) olan türklərdən başqa bəxtiyarilərdə bu irqə tipə adi olunur. Onların başları isə yastıdır yəni braxikefaldır. Böyük ehtimal bəxtiyarilər Aralıq dənizi irqinin və İrano-Əfqan tipinin qarışması nəticəsində yaranmışlar”. Farslar özlərini “nordik” yəni Şimali Avropa əhalisinin tünd rəngli versiyası kimi qələmə verirlər. Lakin ciddi səhvlər var. İlk öncə Nordiklər uzunbaşlı, farslar isə yastı başdırlar. Farsların etnik kökəni daha çox hind tayfalarına antropoloji cəhətdən uyğun gəlir. Ümumilikdə piqmentasiya yəni dəri, saç və gözlərin rəngi adətən tünd-qəhvəyi, qara, qara-şabalıdı olur. Bu tip rəng tempinə malik farslar Tehran və ona yaxın ərazilərdə yaşayırlar və ilk baxışdan Qafqazlılara bənzəyirlər. İkinci tip farsların gözlərinin rəngi 2 bəzəndə 3 rəng kombinasiyasına malik olub, hind-ari kökənli insanlara bənzəyirlər. Xorasana doğru bu rəng tempi çoxaldığı halda sırf Xorasanda rastlamaq təsadüfi hal alır. Farsların braxikefallığı ilə bəxtiyarilərin braxikefallığı arasında ciddi fərqlər var. Bəxtiyarilərin kəllə qutularının həcmi və forması onları Qafqazlılara daha çox yaxınlaşdırır. Farsların baş quruluşu isə həm həcm həmdə forma cəhətdən Ön Asiyaya uyğun gəlmir. Farsların kəllə qutuları, gözlərinin rəngi və burunlarının quruluşu bizə imkan verir ki, onların mənşəyi ilə bağlı fikir yürüdək. “Farsların baş quruluşlarının formalaşması ilə bağlı 3 versiya var: 1-cisi bu baş quruluşunu parfların və Ön Asiyalıların qarışması nəticəsində yaranıb. 2-cisi Ön Asiya xalqları ilə arilərin qarışması nəticəsində formalaşıb. 3-cü versiya isə bəluclardan qoparaq Ön Asiya xalqları ilə qarışan qolun sonradan arilərlə qarışması və farsları formalaşdırması”. 3- cü versiya Stivin Kunun da dediyi kimi o qədərdə ağıla batan deyil. Ilk 2 versiya məntiqə daha çox uyğundur. Farsların Ön Asiya xalqları ilə qədim parfların və sonrakı dövrdə Armenoid tipli Avropadan gəlmələrin miksasiyasından törəmişdir. Kolumbiya Universitetinin Klassika bölməsinin Ön Asiya üzrə tədqiqatçısı Alferd Kapper “Ön Asiyanın antropologiyası” kitabında yazır ki: Parflardan sonra Ön Asiyanın əhalisində elə də ciddi dəyişiklik olmamışdı. Qədim assurların davamçıları parfların zamanında ciddi qarışıma məruz qalmamışdılar. Kiçik və ensiz və eyni zamanda ucdan əyri burunu olan Assurların qalıntıları parflardan sonra müasir İranın cənubunda yayılmağa və həmin yerlərdəki parflarla nikaha girmişlər. Yeni nəsilin nümayəndələrini Avropadan Skifiyanın dağılmasından bir müddət sonra gələn Dinarid versiyalı Armenoidlərin fiziki təsirinə məruz qalmışdılar ( burada müəllif Armeoid dedikdə erməniləri nəzərdə tutmur, onlara bənzəyən başqa xalqları nəzərdə tutur) . Bu nəsil sonrakı dövrdə daha öncədən Hindistanın mərkəzindən gəlmiş arilərlə artıq qarışmış və Persiyanın mərkəzində yaşamaqda olan digər toplumla birləşərək müasir farsları əmələ gətirmişlər” Əvvəldə də qeyd olunmuşdur ki, Persiyanın mərkəzində yaşayan farslar arilərə daha çox bənzəyir nəinki Tehran və onun ətrafında yaşayanlar. Verilən məlumatlardan görünür ki, farslarların etnogenezisi bir neçə mərhələdən keçmişdir. Və sonda yalnız Əhəməni imperiyasının sonuna yaxın adı çəkilən və müasir farsların əcdadları formalaşmışdılar. Dil və mədəniyyətin bu barədə fikirləri tam başqa ola bilər ammadaş üzərindəki hökmdar və sadə əhaliyə məxsus oymalar göstərir ki, Əhəmənilər zamanında daha çox Ön Asiyanın semit dilində danışan, ərəblər və yəmənlərlə qohum olan xalq üstünlük təşkil etmişdir. Farsların qarışması sübutunu əlsində onların müasir dövrdə tam bir etnos şəkildə bir-birlərinə çox az bənzəməsi sübut edir. Hətta ucqar kəndlərində yaşayanların fars olması belə bəzən şüphə doğurur. Mövzudan kənara çıxaraq, bir nüansı qeyd etmək istərdim: Azərbaycan dilində qarışma, törəmə ifadələrinin İngilis dilində bir neçə formada işlənməsi bəzən problem yaradır. Buna görədə çox vaxt insanlar “hər millətdə qarışma” var deyə təkid edirlər. “Törəmələr nəslin davamçılarıdır. 1 nəslin 10 davamçısı ola bilər. Elə bir şərait yarana bilər ki, həmin on nəsil birləşərək tək 1 etnos yarada bilər. Bu etnosun nümayəndələri köçlər edər, bir-birindən təcrid olunar amma antropoloji və mədəni cəhətdən sabit qalarlar. Bu etnosların birləşək millət yaratması həmin millətin qarışıq olması anlamına gəlmir. Qarışıq etnos və millət bir- biri ilə bağlı olmayan istər antropoloji istərsədə mədəni cəhətdən fərqlənən, 2,3,4 və s. etnosun toplu şəkildə birləşək yeni bir etnos yaratmasına deyilir.” Azərbaycan dilində çox vaxt “mələz” kimi başa düşülən terminin insanlara aid edilməsi də doğru deyil. Və qeyd olunur ki, “toplu şəkildə”. Farsların ulu babaları fərqli etnik qrupların toplu şəkildə yəni tayfaların qarşılıqlı nikahı əsasında deyil, ümumi miksasiya nəticəsində yeni tip və yeni mədəniyyət yaratmışlar. Daha çox iddia olunan fikirlərdən biri farsların əslində parfların və elamların davamçıları olması ilə bağlı fikirdi. Etnoqraf Xanikof antropoloq Dr. Henri Fildlə birlikdə II Dünya müharibəsindən sonra İranda apardığı tədqiqatlarla bağlı “Persiya etnoqrafiyası, xatirələrimdə” adlı əsərdə yazır ki: “farslar əfqanlar kimi qarabuğdayı və çox tüklü kişilərdi. Nisəbətən cüssəli olan farslar əfqanlarla xeyli oxşarlıq təşkil edirlər.Elit təbəqə adətən Ön Asiya kökənlilərdir. Onlar burunlarına və gözlərinin çökəkdə yerləşməsinə görə digər farslardan fərqlənirlər. Farslar arilərin 3-cü hindistan qolunun davamçılarıdır.” Arilərin adı çəkilən qolu hindistan ilk öncə Əfqanıstan ərazisinə oradan Xəzərin cənubuna gəlmişdilər. Bu qolun köçü Parfiyanın sonuna yaxın baş vermişdir. “ Parflar perslərdir amma perslər farslar deyil. Parf ifadəsinin Persə keçməsinin səbəbkarları hindistandan köç edən arilərdi. Arilər qalın boğaz səslərindən daha çox incə boğaz səslərinə üstünlük verirdilər. Buna görə bölgənin adını Parf kimi yox Pers kimi səsləndirmişdilər.” Kunun bu fikirləri nə qədər realdır demək çətindir. Amm hər halda o, Harvard Universitetində professor idi. Səhv etməsi ona baha başa gələrdi.

Türkiyədə “iranoloji” adı altında həyat keçirilən tədqiqatlar isə farsları elam, ari, hind və Avropa kökənli tayfaların davamçısı kimi göstərir. Məntiqlə fikirləşəndə anlamaq olmur, 4 ayrı- ayrı toplumun, bir davamçısı necə ola bilər ? Yenidən Stivin Kuna müraciət edərək, öz kitabında yazdıqlarını olduğu kimi sizə çatdırıram: “ İrana köçlər bir neçə istiqamətdə olub. Hindistandan İran yaylasına doğru köçlər e.ə I minillikdə az saylı tayfalar şəklində başlayıb. Luristanda aparılan qazıtnılar nəticəsində e.ə 2000-1100-cü illərə aid 5 kəllə qutusu aşkar olunub. Həmin kəllə qutuları sübut edir ki, Elamın və Mesopotomiyanın yerli əhalisi arilər və başqaları gələnə qədər Aralıq dənizi irqinə aid olmuşlar.” Aralıq dənizi irqinə həmin dövrlərdə mövcud olan kutilər və lullubilərdə aid olunurlar. Bundan əlavə bu gün Azərbaycan türkləri də bu irqi aid olunur. Əsas olan budur ki, həmin kəllələr uzunbaşlılığı ilə Ön Asiya xalqlarından, farslardan , arilərdən tamamilə fərqlənirdi. Farsların Luristanda sonradan məskunlaşdığını iddia edənlərə qarşı bildirmək istərdim ki, Əl-Übeyddə e.ə 3700-cü illərə aid aşkar olunan kəllə qutusunun uzunbaş olması bu iddianın da əsassız olduğunu göstərir.

Zamin Qafar Adnalı
Bu xəbər oxucular tərəfindən 1390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed