Şrift:
MDHP Qarabağ Departamenti təslim olan erməni əsgərlərin hüquqlarının qorunmasını məqsədəyğun sayır
02.04.2015 [14:54] - Gündəm, Siyasi partiyalar, Bildiriş
Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamenti 29 mart 2015-ci il tarixində keçirdiyi növbəti iclasında cəbhədəki son vəziyyət, erməni əskərinin Azərbaycan tərəfə keçməsi və ermənilərlə qarşılıqlı münasibətlər müzakirə olunub. İclasın sonunda Qarabağ Departamenti adından bəyanat qəbul edib. Bəyanatda deyilir:
"Son günlər təmas xəttində erməni hərbi birləşmələrinin intensiv xarakterli təxribatlarına layiqli cavab verən Azərbaycan Ordusu erməni hərbçiləri arasında təşviş yaratmışdır. Bunun səbəbidir ki, əslən Yuxarı Qarabağdan olan əsgər Andranik Qiriqoryan ağ bayraq qaldıraraq Azərbaycan tərəfə təslim olmuşdur. O, istintaq orqanlarına verdiyi ifadədə bildirmişdir ki, mənasız ölmək istəmədiyindən Azərbaycan tərəfə təslim olmuş və qeyd etmişdir ki, əslən Yuxarı Qarabağdan olan əsgərlər sırasında təslim olmaq istəyənlər çoxluq təşkil edir.
Bu hadisə ilə əlaqədar olaraq, Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamenti bəyan edir ki, Qarabağda yaşayan istər mülki, istərsə də hərbçi vətəndaşlar Azərbaycan dövlətinin qanunlarına tabe olan, əgər Azərbaycan vətəndaşlarına qarşı hər hansı cinayətdə əli olmayıbsa, irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, ehtiyat etmədən Azərbaycan tərəfə keçsələr, onların hüquqlarının Azərbaycan qanunları ilə qorunmasına zəmanət verilməsi məqsədəyğundur.
Bundan əlavə qeyd etmək istəyirik ki, münaqişə başlayandan Ermənistanda bir nəfər də olsun türksoylu və İslam dininə mənsub olan insan qalmadığı halda, hal-hazırda Azərbaycanda 100 000 –dən çox erməni əsilli vətəndaşların yaşaması Azərbaycan dövlətinin beynəlxalq sivil mövqeyininin göstəricisidir. Lakin Ermənistanda isə, monomilli dovlət qurmuş millətçi rejimlər hətta öz vətəndaşlarının da nifrətini qazanmışlar. O da fakdır ki, Dünya Birliyi Azərbaycanı tolerant dövlət kimi tanıyır.

Milli Dirçəliş Hərəkatı Partiyası
Qarabağ Departamenti
29.03.2015"


MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed