Şrift:
Ilk modul tipli sərhəd zastavası kompleksi yaradılıb
10.01.2012 [18:05] - Hərb
Azərbaycanın dövlət sərhədində ən çətin relyefə malik ərazilərdə müasir texnologiyalar tətbiq etməklə sərhəd zastavaları inşa olunur. Dövlət Sərhəd Xidmətinin (DSX) Şəmkir Sərhəd Dəstəsinin ərazisindəki Heyvalı sərhəd zastavası Azərbaycanda ilk dəfə olaraq modul tipdə inşa olunub.

Heyvalı sərhəd zastavası ərazisində torpaq çökməsinin baş verməsi səbəbindən indiyədək orada bir neçə dəfə inşa olunmuş tikililər sıradan çıxıb. Bundan sonra müasir və yüngül konstruksiyalar tətbiq etməklə, modul zastava kompleksi tikilib.

Zastavada şəxsi heyətin yaşayışı və xidməti üçün bütün zəruri şərait yaradılıb.

Zastava kompleksində tikinti işləri artıq başa çatıb və yaxın günlərdə açılışı planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 2358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed