Şrift:
SOCAR Ukrayna YDM-lərində dizelin qiymətini aşağı salıb
04.04.2015 [11:25] - Gündəm, İqtisadiyyat
Aprelin 3-dən Ukraynanın bir sıra yanacaqdoldurma məntəqələrində (YDM) dizel yanacağının qiyməti aşağı düşüb.

“Oilnews” xəbər portalının verdiyi xəbərə görə, böyük operatorlar arasında dizelin qiymətinin 1 litrə görə 0,5 qrivna azalması bir çox şirkətlərdə, o cümlədən, SOCAR-da müşahidə olunub.

Bu dəyişiklik dizel yanacağının orta pərakəndə satış qiymətinin də 1 litrə görə 20,93 qrivna azalmasına səbəb olub.

Maraqlıdır ki, benzinin qiyməti isə dəyişməyib.

Qeyd edək ki, dizelin pərakəndə qiyməti mart ayının əvvəlindən azalmağa başlayıb. Lakin martın 17-dən etibarən qrivnanın üzləşdiyi yeni devalvasiya dalğası qiymətlərin aşağı düşməsinin qarşısını alıb.
Bu xəbər oxucular tərəfindən 978 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed