Şrift:
Güney Azərbaycan bu həftə
04.04.2015 [11:36] - Güney Azərbaycan xəbərləri, MDH, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda və 40 milyon Türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası

Bu həftə İran adlanan dövlət bütövlükdə dünya ictimaiətinin diqqətində oldu. Bunlardan demək olar ki, həftə boyu gərgin keçən 5+1 qrupu ilə İran arasındakı nüvə danışıqları və əldə olunmuş nəticə, Yəməndə baş verənlərlə bağlı İrana qarşı olan ciddi etirazlar, hətta İarana səfərə hazırlaşan Türkiyə prezidentinin İrana qarşı sərt bəyanatı, ərəblərin İranın bir neçə bölgəsində qaldırdığı qiyamlar, BMT-nin İranda insan haqları üzrə nümayəndəsinin hesabatı və s. kimi məslələr dünya mətbuatında işıqlandırıldı. Bunlardan əlavə isə Güney Azərbaycanda baş vermiş bir neçə hadisə isə diqqətləri yenə Güneyə yönəltdi.

-Məlum olduğu kimi, Yəmənin qanuni prezidenti sayılan Əbd Rəbbuh Mənsur Hadi, yaraqlı “Husi” qruplaşmasının son həftələrdə sürətli irəliləməsindən, ölkənin böyük bir hissəsini ələ keçirməsindən sonra Ədəni tərk edərək Səudiyyə Ərəbistanına qaçdı. O, martın 28-də Misirin Şərm ül Şeyx şəhərində keçirilən Ərəb Birliyi ölkə rəhbərlərinin zirvə toplantısında çıxış edərək İranı ölkədəki müxalif “Husi” şiələrinə dəstək verməkdə günahlandırdı. Bu açıqlamanın ardınca İrana qarşı beynəlxalq təpgilar başladı.
Martın 29-da hökumət iclasında çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu "İran Bütün Orta Şərqi fəth etməkdədir" açıqlamasını verdi. “Husi”-lərə qarşı müharibə aparan ərəb liderləri də ən sərt formada İranı ittiham etdilər. Lakin, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın "İranın Orta Şərqdə hegemonluğu ələ almağa cəhdi bizi təngə gətirib" ultimatumu bütün İranı təlaşa saldı. İranın rejimə xidmət edən bütün strukturları Türkiyə prezidentinə qarşı kompaniyaya başladılar.
Lakin bütün baş verənlər bir komleks təşkil etdiyi üçün İranın Yəmən məsləsində geri addım atmasıyla bu kompaniya da özlüyündə mənasını itirmiş oldu və dayandı.

-İranda bu həftə bir futbol matçında sonra başlanan etiraz aksiyası , polisin sərt müdaxiləsindən sonra, rejimi əleyhinə aksiyalara çevrildi. Hadisə ərəblərin yaşadığı Ahvaz və Huzistan bölgələrini əhatə edib. Türkiyə mətbuatının yazdığına görə, polisin sərt müdaxiləsindən sonra, aksiya daha da şiddətlənib. Aksiyaçıların silahdan istifadə etdiyi bildirilir. Rejim baş vermiş qiyamla bağlı Ahvaz bölgəsinə ordu yeritdi. Tərəflər arasında baş vermiş silahlı qarçıdurmanın video görüntüləru dünya mətbuatına çıxdı. Qeyd edək ki, 1925-ci ildən İranın nəzarətində olan Huzistan və Ahvaz bölgələrində sünni ərəblər yaşayır. Beynəlxalq İnsan Hüquq Təşkilatları İran rejiminin, bu bölgələrin yerli əhalisinə qarşı assimliyasiya siyasəti apardığını bildirir.

-Bu həftə dünya ictimaiətinin diqqəti həm də həftə boyu sürən 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə İran arasındakı nüvə danışıqlarında oldu. İsveçrənin Lozan şəhərində 8 gün davam edən gərgin danışıqlardan sonra, aprelin 2-də 5+1 qrupu ilə İran, yekun nüvə razılaşması çərçivəsinin təyin edilməsi barədə ilkin siyasi sazişə gəldilər. İlkin siyasi sazişdən sonra, İranla Qərb iyunun sonuna qədər yekun nüvə razılaşmasının əldə olunması ilə bağlı məsələləri tənzimləməli, problemin ixtilaf mövzusu olan bəzi detallar barədə danışıqları davam etdirməlidir. İlkin siyasi sazişin şərtlərinə əsasən İran, yalnız Nətənz təsisatında nüvəni məhdud şəkildə zənginləşdirə biləcək, Tehranın yaxınlığındakı “Fordu” təsisatının fəaliyyəti tamamilə dayandırılacaq və bu təsisat bir tədqiqat və araşdırma mərkəzinə çevriləcək, Ərakdakı ağır su reaktoru beynəlxalq standartlara uyğun yenidən işlənəcək, İranın qeyri fəal sentrifuqaları tamamilə sıradan çıxarılaracaq, İranın uran ehtiyatı maksimum dərəcədə azaldılacaq və Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri daimi olaraq istədiyi vaxt, ölkənin bütün nüvə təsisatlarına baxış keçirərə biləcək və bir sözlə İranın nüvə sahəsindəki bütün fəaliyyəti agentliyin nəzarətində aparılacaq. Siyasi sazişin şərtlərinə görə, Tehranın Qərbə verdiyi bütün bu imtiyazların qarşılığında isə, BMT Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi bütün qətnamələri ləğv ediləcək, Amerika və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalar ortadan qaldırılacaq.
Nüvə danışıqları ilə bağlı xəbərləri diqqətlə izləyən, beynəlxalq sanksiyalardan təngə gələn əhali, siyasi sazişin əldə olunmasından sonra, paytaxt Tehranın bəzi məhəllərində küçələrə çıxaraq müzakirələrin nəticəsindən sevindiklərini nümayiş etdiriblər.
Avtomobillərinin siqnalını səsləndirən yüzlərlə insan öz sevinclərini başqaları ilə paylaşaraq, Qərblə nüvə danışıqları aparan xarici işlər naziri Məhəmmədcavad Zərifin lehinə şüarlar səsləndirərək tərəflər arasında siyasi sazişin əldə olunmasından məmnun qaldıqlarını göstəriblər.

-Ötən həftə BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidin insan haqları ilə bağlı son raportunu BMT-nin İnsan Haqları Şurasına təqdim etməsi barədə xəbər vermişdik. Həmin raporta əsasən 2014-cü ildə İranda 753 nəfər edam edilib. Onlardan 13-nün 18 yaşına çatmadığı bildirilib. 2015-ci ilin ilk 10 həftəsində isə 254 nəfər dar ağacından asılıb. Edam edilən şəxslərin əksəriyyəti, beynəlxalq qanunlara görə ağır cinayət kimi tanınmayan və edamı haqq etməyən ittihamlar əsasında edam edilib. Raportda qeyri-fars millətlərə qarşı təzyiqlərin artması və mədəni fəalların təqib olunaraq saxlanılması da öz əksini tapıb.
Molla rejimi isə hər zaman öz raportları ilə İranda insan haqlarının kəskin şəkildə pozulduğunu ifşa edən Ə.Şəhidin fəaliyyətindən narahatdır. Lakin buna baxmayaraq, Əhməd Şəhidin ezamiyyəti daha bir il uzadıldı. Qərar BMT-nin İnsan Haqları Şurasında keçirilən səsvermədən sonra verilib. Onun daha bir il bu vəzifədə qalması Ərdəbilin İran parlamentindəki sözdə millət vəkili, parlamentin milli təhlükəsizlik komissiyasının rəis müavini Mənsur Həqiqətpurun xüsusi narahatlığına səbəb olub. İran rejiminə öz yaxınlığı ilə seçilən M.Həqiqətpur bildirib ki, Ə.Şəhidlə bağlı verilən qərar siyasi qərardır və nüvə müzakirələrinə haşiyə düzəltməyə yönəlib. M.Həqiqətpur əlavə edib ki, bu qərar bir neçə ölkənin mənafesini təmin etmək üçün verilib. Xatırladaq ki, İran rejimi ölkədə insan haqlarının hansı vəziyyətdə olduğundan yaxşı xəbərdar olduğu üçün, bu istiqamətdə araşdırma aparan insan haqları fəallarına da xüsusi təzyiq göstərir. Rejimin Ə.Şəhidin fəaliyyəti ilə razılaşmaması da bu sıradandır.

-Bu həftə Türkiyədə Güney Azərbaycanda soydaşlarımızın yaşam tərzi və Milli mübarizəyə həsr olunmuş dəyərli bir kitab işıq üzü görmüşdür. Əslən Quzey Azərbaycandan olan və hazırda İsveçdə yaşayan yazar Eluca Atalının “ Azadlıq hekayələri” adlı kitabı “Aygan” nəşriyyatı tərəfindən çap edilərək oxuculara təqdim olunmuşdur. Kitabda Güneydəki proseslər və Milli Azadlıq mübarizəsi öz əksini tapmışdır. Məlumata görə, aprelin 10-dək Türkiyənin Ankara, Canakkala, Bursa, İzmir və İstanbul şəhərlərində “ Azadlıq hekayələri” kitabının təqdimatı olacaq.

-Bu həftə BBC-farsinin anti-türk fəaliyyətinə qarşı İmzatoplama Kampaniyası başladı. BBC-farsinin İran coğrafiyasında yaşayan millətlərlə bağlı ikili standardı uzun illərdir tətbiq olunur. Bu fəaliyyət bir neçə fars şovinisti və pan-İranistin BBC-farsi ilə əməkdaşlığından sonra daha da kəskinləşib. Həmin saytın anti-türk fəaliyyəti təkcə İran coğrafiyasında yaşayan millətlərlə də məhdudlaşmır. Məsələn dünyanın digər ölkələrində yaşayan kürdlərin hüquqları barədə geniş məlumat yayılır, halbuki, İraq və Suriyada yaşayan türkmənlərin kimliyi və mövcudluğu az qala inkar edilir. Türkiyə və Azərbaycan Cümhuriyyətləri ilə əlaqədar da vəziyyət dəyişmir. Saytda bu ölkələrin inkişafı və müsbət mədəni işləri ilə bağlı heç nə əks olunmur, tərsinə olaraq mənfi xəbərlər gedir vəya bu ölkələrdə yaşayan milli azlıqlarla bağlı məqsədyönlü məlumatlar yayılır. İran coğrafiyasında yaşayan 30 milyondan çox türk milləti isə “Azəri” milləti kimi təqdim olunur və onların milli kimliyi fars kimliyi kimi qələmə verilir. BBC-farsi saytı qısaca desək fars şovinizmi və İrançılıq uğrunda hərəkət edir və iranlı hesab etdiyi xalqları məsələn kürdləri müsbət imic və xüsusi statusla təqdim edir.
Qeyd edək ki, BBC-farsi saytına İran coğrafiyasındakı 30 milyondan çox Azərbaycan türkünü xatırlatmaq və öz kimliyimizə qarşı gedən fəaliyyətin qarşısını almaq məqsədi ilə aşağıdakı İmzatoplama Kompaniyasına bu link vasitəsi ilə qoşula bilərik:
http://www.ipetitions.com/petition/bbc-farsi-services-with-hidden-agenda-an

-Aprelin 2-i Güney Azərbaycan və İranda Təbiət Günü kimi qeyd olunur. Bu münasibətlə Güney Azərbaycanın bütün bölgələrində əhali şəhərətrafı və təbiətə üz tutur. Son illərdə Təbiət Günündə azərbaycanlılar Urmu Gölü böhranı ilə bağlı kütləvi yığıncaqlar keçirib və gölün rejim tərəfindən qurudulmasına etiraz bildiriblər.
Ehtimal olunan yığıncaqlar təkrar olunmasın deyə polis qüvvələri Təbiət Gününə bir neçə gün qalmış azərbaycanlı ekoloji tərəfdarları və milli-mədəni fəallara qarşı xüsusi təzyiqlərə başlayıb və əhalinin təbiətə çıxmasına maneçilik yaratmağa çalışır. Lakin bütün təzyiqlərə baxmayaraq Azərbaycanın müxtəlif şəhərlərində bu əlamətdar gün qeyd olunub.
Məlumata görə, Məlikanda polis qüvvələri mərasim keçirən soydaşlarımıza hücum edib və onları nalayiq sözlərlə təhqir edərək dağıtmçağa çalışıb. Mərasim keçirilən ərazini nəzarət altında saxlayan polis mərasim iştirakçılarının musiqi alətləri və səs aksesuarlarını zəbt edib.
Soydaşlarımızın bəzilərinin şənlik mərasimi yarımçıq qalsa da, bir çoxları Azərbaycan musiqisi və milli rəqslərimizlə öz mərasimlərini keçiriblər.
Xatırladaq ki, Təbiət Gününə bir neçə gün qalmış təhlükəsizlik qüvvələri vəziyyəti ələ almaq üçün hərəkətə keçib. Aprelin 1-də Bəhmən Xaliqi və Mehdi Kuxian yaxalanıb və Binab şəhərinin ETTELAAT şöbəsinə aparılıb. Onlar bir neçə saat dindirildikdən sonra vəsiqə qarşılığında sərbəst buraxılıb. B.Xaliqinin işgəncə olduğu da bildirilir.
Həmin gün milli-mədəni fəallar Rza Qulizadə, Firuz Fərəczadə və Seyfullah Kərim Dadaşı də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

-Bu həftə Güney Azərbaycan milli-mədəni fəallarından Behbud Quluzadə yenidən Təbriz zindanına göndərildi, Səid Şirzadın 10 aydır qeyri-müəyyən vəziyyətdə saxlanıldığı bildirilir, Bəhmən Xaliqi ilə Mehdi Kuxian isə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Binnab şəhərinin ETTELAAT idarəsinə aparılıblar. Məlumata görə 10-larla milli-mədəni fəalın evində axtarışlar aparılıb.

-Azərbaycanlıların milli birlik rəmzinə çevrilmiş Təbrizin "Traxtur" Futbol Klubu bu həftə iki qarşılaşmada olub. Təbrizin “Qostəreşe fulad” komandası ilə keçirilən yoldaşlıq oyununu 1-1 hesabı ilə başa vuran "Traxtur" İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 24-cü həftəsində keçirilən müsabiqədə Xuzistanın “İstiqlal” komandasını 3-0 hesabı ilə məğlub edib.

Hazırladı:
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
04.04.2015
Bu xəbər oxucular tərəfindən 659 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed