Şrift:
Güney Azərbaycan xəbərləri
11.01.2012 [13:17] - Gündəm
Azərbaycanlı fəal Abbas Nəzəri məhkəməyə çağırılıb



Əhər şəhəri məktəblərinin müəllimi azərbaycanlı fəal Abbas Nəzəri bu şəhərin inqilab məhkəməsinin 1-ci şöbəsinə çağırılıb.O, 2012-ci il yanvarın 12-də (1390-cı il deyin 22-də) məhkəmədə hazır olmalı və özünü müdafiə etməlidir.Qeyd edə ki, Nəzəri Milli Qiyamın (Xordad hadisələri) birinci ildönümü mərasimininin keçirilməsinə hazırlıq gedən bir zaman 2007-ci il mayın 21-də (1386-cı il ordiobeheştin 31-də) təhlükəsizlik qüvvələri tərəfindən öz şəxsi evində tutuqlanıb və Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə intiqal edilib. O, 30 gün saxlanılıb və sorğu-suala tutulduqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb. Lakin hakim naməlum səbəbdən o dümən tutuqlanan milli mədəni fəallar, xüsusi ilə Abbas Nəzərinin dosyesinə hələdə baxmayıb və onların vəziyyəti naməlum olaraq qalıb.Nəhayət ki, adını çəkdiyimiz azərbaycanlı fəalın ozünün təşəbbüsü əsasında məhkəmə dosyeyə baxmaq qərarına gəlib və onu məhkəməyə çağırıb.



Tehranda universitet professoru qətlə yetirilib, onun avtomobili partladılıbGüney Azərbaycan xəbərləri


İranda universitet professoru qətlə yetirilib. Hadisə paytaxt Tehranda baş verib. Məlumata görə, professorun avtomobilinin kənarından keçən motosikletə bomba yerləşdilirib. Universitetin qarşısında baş verən partlayış nəticəsində bir nəfər həlak olub, ən azı iki nəfər yaralanıb.

"Fars" agentliyinin məlumatına görə, həlak olan professorun adı Mustafa Əhmədirövşən olub.

"Reuters" yazır ki, bir il bundan öncə eyni ssenari ilə nüvə proqramı ilə məşğul olan digər bir alimə sui-qəsd edilmişdi.

İRANDA GƏNC BƏHAİ AİLƏSİNİN HƏR ÜÇ ÜZVÜ TUTULUBGüney Azərbaycan xəbərləri


İranda gənc bəhai ailəsinin hər üç üzvü tutulub. Hadisə 4 gün əvvəl baş verib.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Kirman şöbəsinin əməkdaşları yanvarın 6-da bəhai vətəndaş Bəxtiyar Rasexinin mənzilində keçirilən mərasimə müdaxilə ediblər. Ev yiyəsi Bəxtiyar Rasexini həyat yoldaşı Fərəhnaz Nəimi və balaca qızları Fərinlə birlikdə tutub bilinməz istiqamətə aparıblar.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşayır. Amma İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır. İran İslam Respublikası bərqərar ediləndən bu ölkədə 200-dən çox bəhai edam olunub.


2011-ci ildə İranda insan haqlarının 1 milyon 120 min dəfə pozulması faktı qeydə alınıb, 529 nəfər edam olunub Güney Azərbaycan xəbərləri


Bu haqda İran İnsan Haqları Fəalları (HRANA) təşkilatı bəyanat yayıb. Təşkilat ötən il ərzində İranda 529 məhbusun edam edildiyini, 597 siyasi fəalın məhkəmə qərarı ilə azadlıqdan məhrum olunduğunu, 4615 vətəndaşın isə müvəqqəti həbs edildiyini açıqlayıb.

Bəyanatda edam edilənlərdən 323 nəfərinin kişi, 6-nın qadın olduğunun dəqiqləşdirildiyi, qalanlarının cinsiyyəti barədə məlum əldə etməyin mümkün olmadığı bildirilir. Edam edilənlərdən 76 faizi narkotik maddələrin alğı-satqısı və istifadəsində, 11 faizi təcavüzdə, 5 faizi isə adam öldürməkdə təqsirləndirilib.

Ölüm hökmlərinin 13 faizi Tehranda, 12 faizi Qərbi Azərbaycanda, 10 faizi isə Xorasanda icra edilib.

Edam cəzasına məhkum edilənlərdən 61 nəfəri isə əfv olunub.


İsrail İranın zərbəsinə qarşı ehtiyat tədbirləri görməyə başlayıbGüney Azərbaycan xəbərləri


İngiltərənin "Sunday Times" qəzeti İsrail hökumətinin Dimon şəhərindəki nüvə reaktorunu dayandırmağa hazırlaşdığı xəbərini yayıb. Belə ki, qəzetin yazdığına görə buna səbəb İrandan raket zərbələri ehtimalının artması olub.

Xatırladaq ki, ötən həftə İsrail Müdafi Nazirliyinin sözçüsü İranın İsrail ərazisinə çatmaq imkanı olan, azı 15 min müxtəlif funksiyalı raketə sahib olduğunu xəbər vermişdi. Qəzet İsrail hökumətinin Neqev səhrasındakı nüvə obyektində Raket Əleyhinə Müdafiə Sisteminin olmasına baxmayaraq, reaktorun hücum olacağı təqdirdə zərbələrə tab gətirməyəcəyi fikrinə gəldiyini yazır.

"Sunday Times" 1964-cü ildə tikilmiş nüvə reaktorun durdurulmasına azı bir neçə həftə lazım gələcəyini iddia edir.


İRANIN SƏNAYE və TİCARƏT NAZİRİNİN MÜAVİNİ TUTULUBGüney Azərbaycan xəbərləri


İranın sənaye və ticarət nazirinin müavini Xudamurad Əhmədi bank oğurluğuna görə tutulub. Yanvarın 9-da jurnalistlərə açıqlama verən İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei Xudamurad Əhmədinin tutulduğunu təsdiqləyib, amma hər hansı təfərrüata toxunmayıb: “Bir sıra hüquqi mülahizələri nəzərə alaraq hələlik əlavə məlumat verə bilməyəcəyəm”.
2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib. Bu işə görə 30-dan çox şəxs tutulub, İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri istefaya gedib və ölkədən qaçıb.

İran Sərhəd Qoşunlarının komandanı növbəti dəfə Azərbaycanı ittiham edibGüney Azərbaycan xəbərləri


“Bir müddət əvvəl Azərbaycan tərəfi İran sərhədini pozmuşdu.

Belə ki, qonşu ölkənin sərhədçiləri qanunsuz olaraq İran ərazisinə daxil olmuşdu. İran tərəfinin xəbərdarlığı nəticəsində onlardan ikisi silahını yerə atıb, lakin üçüncüsü sərhədçilərimizə hücum məqsədilə yaxınlaşarkən ayağı əvəzinə, səhvən qarnından güllə ilə vurularaq öldürülüb. Azərbaycan isə qarşıdurmanın öz sərhədləri daxilində baş verdiyini, İran sərhədçilərinin də cansız bədəni ölkə ərazisinə apardıqlarını iddia edir”. “Mehr” xəbər agentliyininə verdiyi məlumata görə, bu fikirləri İran Sərhəd Qoşunlarının komandanı, general Hüseyn Zülfüqari jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu hadisədən sonra Azərbaycan sərhədçiləri tərəfindən silahsız iranlı əsgərə 14 güllə vurulması qarşı tərəfin qərəzliyinin göstəricisidir: “Bu, Azərbaycan sərhədçilərinin qəsdən atəş açmasını göstərir. Əgər əməkdaşlıq etmək iddiasındadırlarsa, davranışları və söylədikləri arasında məntiqsizlik olmamalıdır”.

Hüseyn Zülfüqari deyib ki, bu səbəbdən İran ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün yeni layihənin icrasına başlayacaq: “Bunun üçün sərhədlərdə ölkə istehsalı olan videokameralar quraşdırılacaq. Artıq onlardan bəziləri sınaqdan keçirilib və istifadəsinə icazə verilib. Hətta layihə çərçivəsində sərhədlərimiz ölkənin və əyalətlərin mərkəzlərində quraşdırılmış monitorlar vasitəsilə canlı şəkildə də izlənilə biləcək”.

İran: Fordoda uranın zənginləşdirilməsi beynəlxalq agentliyin nəzarəti altında həyata keçirilir Güney Azərbaycan xəbərləri


Fordo nüvə stansiyasında işlər iki ildir Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında aparılır.,Bunu İranın BMT-dəki daimi nümayəndəsi Əli Əsgər Sultaniyə “Press TV” kanalına açıqlamasında deyib. O bildirib ki, təkcə Fordoda deyil, İranın bütün nüvə stansiyalarında işlər beynəlxalq agentliyin nəzarəti altında aparılır: “Fordoda uranın 20 faiz zənginləşdirilməsi işləri beynəlxalq qanunlara zidd deyil”.

Qeyd edək ki, beynəlxalq agentlik bəyanat yayaraq İranın Qum şəhəri yaxınlığında dağın içərisində yerləşən Fordo nüvə stansiyasında uranın zənginləşdirilməsinə yenidən başlandığını açıqlayıb. Məsələ ilə bağlı BMT, ABŞ və Fransa İrana xəbərdarlıq edib.

“Traxtur” takımı “Zobahən”ı məğlubiyyətə uğratdıGüney Azərbaycan xəbərləri


Təbrizin səhənd stadionunda (stadyom) yerli vaxtla saat 15:00-da başlayan futbol müsabiqəsi “Traxtur” takımının qələbəsi ilə sona çatıb.İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 19-cu həftəsində keçirilən müsabiqənin birinci hissəsində “Zobahən” takımı tərəfindən 1 qol vuruldu.İkinci hissədə isə “Traxtur” tərəfindən qarşı takımın darvazasına 2 qol vuruldu.Bununlada yarış (2 – 1) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.


Vaşinqton, Paris və BMT İrana xəbərdarlıq etdilərGüney Azərbaycan xəbərləri



Fransa İranın uranın zənginləşdirməsini qətiyyətlə pisləyərək bildirir ki, bu hərəkət Tehrana qarşı yeni sanksiyaların (təhrim) tətbiq olunmasına gətirəcək.
bu barədə Fransa xarici işlər naziriyinin nümayəndəsi Romen Nadal deyib. O bildirib, “Tehranın yeni təxribatı bizi vadar edir ki, Avropadakı müttəfiqlərimiz və digər tərəfdaşlarımızla İrana qarşı yeni və sərtliyi görünməmiş dərəcədə olan sanksiyalara əl ataq”.
Gözlənilirdi ki, Avropa İttifaqı İrana qarşı neft embarqosunu yanvarın 30-da Brüsseldə keçiriləcək Aİ (Avropa İttifaqı) xarici işlər nazirlərinin sammitində (zirvə görüş) elan edəcək. Lakin Aİ bu görüşü yanvarın 23-də keçirməyi qərara alıb.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland keçirdiyi brifinqdə bəyan edib ki, İranın 20 faizə qədər uranın zənginləşdirməsinə başlaması bu ölkənin üzərinə götürdüyü öhdəlikləri pozması deməkdir. Onun sözlərinə görə ABŞ hadisələrin bu səpkidə inkişaf etməsinə hazır idi və Vaşinqton nüvə proqramı ilə bağlı proseslərin gedişatını diqqətlə izləyir.
İranın uranın zənginləşdirməsinə başlaması ilə narahatlığını BMT-nin Baş Asambleyasının (Birləşmiş Millətlər Təşkilatının Gənəl Qurumu) nümayəndəsi Martin Heriski də bildirib. O deyib ki, İran nüvə proqramının dinc xarakter daşıdığını sübut etməli və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirməlidir.
Xatırladaq ki, Beynəlxalq Atom energetikası agentliyinin (MAQATE) və BMT-nin nümayəndəsi təsdiq edib ki, İran Fordu dağının içində tikdiyi yeraltı nüvə obyektində (atom təsisatı) uranın zənginləşdirməsinə başlayıb.
İranın nümayəndəsi Əli Əsgər Soltaniye SkyNews telekanalına bildirmişdi ki, Fordu dağının içindəki tunellərdən ibarət kompleksdə uranın 20 % qədər zənginləşməsi aparılır.
Verilən məlumatda deyilir ki, ABŞ və İsrailin arsenalında (təslihat anbarı) olan yeraltı bunkerləri (pənahqah) yox etmək üçün raketlər, Fordu dağının içində, 80 metr dərinlikdə yerləşən obyekti yox etməyə qadir deyil.


“Susuz göl” Veblaqının istifadəsinə qadağa qoyulubGüney Azərbaycan xəbərləri



İran rejimi Güney Azərbaycanın milli saytlarına təzyiqlərini davam etdirir. İstifadəsinə qadağa qoyulmuş saytlarımızın sıraları getdikcə genişlənir.2012-ci il yanvarın 9-da (1390-cı il deyin 19-da) Susuz göl Veblaqının istifadəsinə qadağa qoyulub.Qeyd edək ki, adını çəkdiyimiz Veblaq Urmu Gölü, Azərbaycan və İran haqqında xəbərlər dərc edir. Veblaq müstəqil Milli Hərəkat fəalları tərəfindən idarə olunur.Sayt öz fəaliyyətini olduğu kimi davam etməkdədir.


CHP sədri Kılıçdaroğlu da həbs oluna bilərGüney Azərbaycan xəbərləri



Türkiyədə prokurorluq (dadistani) ana müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu haqqında təhqiqata başlayıb.İstanbulun Silivri rayon (məntəqə, məhəlllə) prokurorluğu “ədalət mühakiməsini təsir altına almaq” və “məhkəmə üzvlərinə həqarət” ittihamı ilə Kılıçdaroğlu barəsində təhqiqata başlamaq haqqında qərar qəbul edib. CHP sədrinin toxunulmazlığının ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət edilib. Nazirlik öz növbəsində bu müraciəti parlamentə göndərəcək.Əlavə edək ki, Kamal Kıllıçdaroğlu bir neçə gün əvvəl Silivri həbsxanasının qarşısında jurnalistlərə verdiyi açıqlamada siyasi ittihamlarla həbs olunanların saxlanıldığı bu həbsxananı konslagerə bənzədib. O, “Ergenekon” işi üzrə məhkəmə prosesini (sürəc) idarə edən hakimləri “hakim” adlandırmağı özünə sığışdırmadığını söyləyib. Toxunulmazlığı ləğv olunarsa müxalifət lideri haqqında ittihamnamə hazırlana və o, mühakimə oluna bilər.CHP-nın keçmiş sədri Dəniz Baykal Kılışdaroğlu barəsində təhqiqatın başlanmasına münasibət bildirib. Baykal hadisəyə “bircə bu çatışmırdı” deyərək reaksiya (əksüləməl) verib. CHP sədrinin müavini isə daha sərt açıqlama verərək Türkiyə parlamentindən bütün partiyadaşlarının toxunulmazlıq hüququna xitam verilməsini istəyib. CHP-nin İzmir millət vəkili hazırda “Ergenekon” işi üzrə həbsdə olan Mustafa Balbay da prokurorluğun qərarın etirazını bildirib. Onun sözlərinə görə, ölkədə hüquq və ədalət üzərində dəmir yumruqlu idarəçilik hökm sürür.



2012-ci il “Güney Azərbaycan ili” elan edildiGüney Azərbaycan xəbərləri


Azərbaycanda 2012-ci il “Güney Azərbaycan ili” elan olunub.
Dalğa Gənclər Hərəkatının (Dalğa GH) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hərəkatın Əsasnaməsinin 1.3 bəndində bəyan edildiyi kimi hərəkat Güney Azərbaycan türklərinin hüquqlarının qorunmasını da öz prinsipləri (ilkə, əsl) arasına daxil edib: “1.3. Dalğa GH Azərbaycanda azad, demokratik, hüquqi, dünyəvi, sivil, liberal və xoşbəxt vətəndaşları olan dövlətin qurulması naminə fəaliyyət göstərir. Bunun üçün Hərəkat təhsil, azadlıq, liberal dəyərlər, vicdanlılığın və ləyaqətliliyin təbliğini həyata keçirir. Bununla yanaşı Dalğa GH öz dəyərlərini Azərbaycan hüdudlarından kənarda da təbliğ edir. İnsanlığı, sülhü və inteqrasiyanı (idğam) vacib hesab edən Hərəkat yalnız Güney Azərbaycanda millətçi hərəkatı dəstəkləyir! Çünki, Güney Azərbaycan türklərinə qarşı assimlyasiya (asimilasyon) siyasəti həyata keçirilir və bu halda həmin toplum BMT (Birləşmiş Millətlər təşkilatı) tərəfindən də təsbit olunan "Xalqların öz müqəddəratını təyin etmək hüququ"ndan istifadə etmək haqqına sahibdir”.
“Son illərdə İran İslam Respublikasında (Cümhuriyyətində) xaqlara qarşı assimlasiya siyasətinin şiddətlənməsini, insan haqlarının və azdlıqların heç bir dəyər tanımadan kobud şəkildə pozulmasını müşahidə edirik. Bu həqiqət İran vətəndaşları tərəfindən dəfələrlə dünya ictimaiyyətinə çatdırılıb. Lakin, insan dəyərlərinin qorunmasını əsas prinsip seçən təşkilatların reaksiyasını yetərli hesab etmədiyimizdən 2012-ci ili Güney Azərbaycan ili elan edirik. Dalğa Gənclər Hərəkatı olaraq yalnız azərbaycanlılar üçün deyil, insanı dəyər hesab edən hər kəs üçün bu ilin Güney Azərbaycan ili olmasını istərdik.” bu sözləri Dalğa GT sədri Orxan Nəbiyev öz bəyanatında bildirib.
O, qeyd edib ki, il çərçivəsində təşkilat bu istiqamətdə silsilə tədbirlər keçirməklə yanaşı, beynəlxalq qurumların Güney Azərbaycan məsələsi ilə bağlı obyektiv mövqe tutması istiqamətində də geniş fəaliyyət göstərəcək.

Dennis Ross: “Obama İranı vurmağa hazırdır”Güney Azərbaycan xəbərləri



Dennis Ross dünən verdiyi müsahibədə Obamanın İranın nüvə silahı əldə etməsini dayandırmaq üçün onu vurmağa hazır olduğunu deyib.Obamanın İran üzrə keçmiş məsləhətçisinin fikrincə, heç kimin şübhəsi olmamalıdır ki, ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün sanksiyalar (təhrim) və diplomatik danışıqlıqlar fayda verməzsə, hərbi gücdən istifadə edəcək.Obama nüvə ilə silahlanmış İranı beynəlxalq təhlükəsizliyə çox böyük təhlükə sayır. Bu barədə ANN.Az, “businessweek”-ə istinadən xəbərə yayıb.İki il Obamanın Milli Təhlükəsizlik Şurasında xidmət edən, bir il isə Hillari Klintonun İran üzrə xüsusi məsləhətçisi olan Dennis Ross dünən verdiyi müsahibədə Obamanın İranın nüvə silahı əldə etməsini dayandırmaq üçün onu vurmağa hazır olduğunu deyib.Ross Obama Administrasiyasının (hökumət) nüvə silahına sahib İranın hərbi əməliyyatlardan daha təhlükəli olduğunu hesab etdiyini deyir.


Xamneyiyə məktub yazan bloqçu tutulub Güney Azərbaycan xəbərləri


İran Üləmalar Məclisinin iqtidaryönlü üzvü ayətullah Əbülqasım Xəzəlinin oğlu, gənc müxalif bloqçu Mehdi Xəzəli tutulub. “Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Mehdi Xəzəlini yanvarın 9-da iş yerindən çıxarkən tutub bilinməz istiqamətə aparıblar.
Gənc bloqçunun xanımı BBC televiziyasının farsdilli redaksiyasına açıqlamasında yoldaşının bir neçə gün qabaq bir sıra ifadələr verməsi üçün prokurorluğa çağırıldığını deyib: “Yoldaşıma yanvarın 9-na qədər vaxt vermişdilər ki, ifadə vermək üçün prokurorluğu getsin. Lakin həmin gün günorta çağı hökumət məmurları iş yerindən çıxarkən yoldaşımın üstünə cumublar və onu döyüb təhqir ediblər. Onun bir qolu və dişi sınıb”.
Hakimiyyəti və hökumət başçısı Mahmud Əhmədinejadı dəfələrlə tənqid etdiyinə görə bir neçə dəfə həbsə salınan Mehdi Xəzəli 2011-ci ilin noyabr ayında da İranın dini lideri ayətullah Əli Xamneyiyə məktub yazaraq onu ətrafındakı yaltaqları özündən uzaqlaşdırmağa və cəmiyyətdəki reallıqlarla bitərəf mənbələrin vasitəsilə tanış olmağa çağırmışdı.


İran parlamentinin 30 üzvünün deputatlığa namizədliyi ləğv edilib - SİYAHIGüney Azərbaycan xəbərləri


İranın Konstitusiyaya Nəzarət Şurası 35 nəfərin deputatlığa namizədliyini ləğv edib. APA-nın “Tabnak” xəbər saytına istinadən verdiyi məlumata görə, onlardan 30-u hazırda millət vəkilidir. Onların arasında İran parlamentində Azərbaycan şəhərlərini təmsil edən deputatlar da var. Namizədliyi ləğv edilən deputatlar bunlardır:

1. Əli Mütəhhəri (Tehran)
2. Əli Abbaspur (Tehran) – İran parlamentinin enerji komissiyasının sədri
3. Həmidrza Katuzian (Tehran)
4. Əlirza Məhcub (Tehran)
5. Ənuşirəvan Möhsünibənd (Çalus və Noşəhr)
6. Daryuş Qənbəri (İlam)
7. Məhəmməd Mehdi Şəhriyari (Bocnurd)
8. Həmid Xəstəbənd (Bəndər və Ənzəli)
9. Abbasəli Nura (Zabul)
10. Davud Məhəmmədcani (Fars)
11. Mustafa Məturzadə (Xürrəmşəhr)
12. Abdulcabbar Kərəmi (Sənəndəc)
13. İqbal Məhəmmədi (Mərivan və Sərvabad)
14. Əhmədrza Dəstğeyb
15. Əli Əsgər Həsəni (Larestan)
16. Müsəlrza Sərvəti (Bocnurd)
17. Seyid İmad Hüseyni (Qürvə və Dehgülan)
18. Seyid Mehdi Sadiq (Astana Əşrəfiyə)
19. Fatimə Acırlu (Kərəc)
20. Səməd Mərəşi (Rudbar)
21. Qüdrətullah Əlixani (Qəzvin)
22. Fərhad Dəlqpuş (Astara)
23. Məcid Nəsirpur (Sərab)
24. Nadir Qazipur (Urmiya)
25 Yunis Əsədi (Meşkinşəhr (Xiyav))
26. Vəkil Sepəh Acırlu (Muğan)
27. Cəlal Mahmudzadə (Mahabad (Qoşaçay))
28. Süleyman Cəfərzadə (Maku və Çaldıran)
29. Əli Zəncani (Nəqədə (Sulduz))
30. Qəffar İsmaili (Həştrud və Çaroymaq)

Bundan əlavə, sabiq deputatlar - Təbriz şəhərindən iki dəfə İran parlamentinə millət vəkili seçilmiş Əkbər Ələmi, Süheyla Cəludarzadə və Məryəm Bəhruzinin də namizədlikləri ləğv olunub. Onların dörd gün müddətində İranın Konstitusiyaya Nəzarət Şurasına etiraz etmək hüququ var.

Qeyd edək ki, İranda IX çağırış parlamentinə seçkilər 2012-ci il martın 2-də keçiriləcək. Ümumilikdə 5283 nəfər deputatlığa namizədliyini irəli sürüb. Onlardan 390 nəfəri qadındır. İran prezidenti Mahmud Əhmədinejadın bacısı Pərvin Əhmədinejad da Germsar şəhərindən namizədliyini irəli sürüb.
Bu xəbər oxucular tərəfindən 1458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed