Şrift:
Türkiyə sahillərində suriyalı miqrantları aparan gəmi batıb
06.04.2015 [16:24] - Gündəm, Hadisə
Türkiyənin Egey dənizi sahillərində göyərtəsində suriyalı qeyri-qanuni mühacirlər olan gəmi batıb.

"Haber7" telekanalının verdiyi məlumata görə, gəmidə 20-dən çox miqrant olub. Onlardan 4-ü ölüb, 9 nəfər xilas edilib.

Hazırda itkin düşən digər mühacirlərin axtarışı davam etdirilir.

Xatırladaq ki, yanvarın 19-da Türkiyənin cənub-qərbində 330 suriyalını İtaliyaya aparmağa çalışan Toqo bayrağı altında üzən balıqçı gəmisi saxlanılmışdı. Bundan başqa, qeyri-qanuni olaraq suriyalı mühacirləri İtaliyaya aparmaqla məşğul olan 4 Türkiyə vətəndaşı həbs edilmişdi.
Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed