Şrift:
Məlahət İsmayılqızı- İtirilmiş Cənnət yaxud Göyçə rəmzləri
07.04.2015 [16:10] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Məlahət İsmayılqızının “İtirilmiş Cənnət yaxud Göyçə rəmzləri” adlı memorial-povest janrında yazdığı kitabı işıq üzü gördü. Kitabda əsasən Göyçə mahalında tanınmış maarifçi ziyalı, görkəmli jurnalist, üzün müddət (qaçqınlıq dövrünə qədər) ideoloji və təsərrüfat sahələrinə başçılıq etmiş, elin hörmətini, ehtiramını qazanmış Əliyev İsmayıl Hüseyn oğlunun həyat və fəaliyyətindən söhbət açılır.

Kitabda Göyçə mahalılnını keçmiş tarixində olub-keçənlər yad olunmaqla, eyni zamanda orada yaşayan türk insanların sosial-ictimai həyatı haqqında məlumatlar dərc edilmişdir. Bu məlumatlar söz yox ki, tariximizin xronologiyasına əlavə olunmuş dəyərli yaddaş elementlərindəndir. Göyçə mahalında yaşayıb fəaliyyət göstərən ziyalılarımızın və vəzifə adamlarımızın həyatı ilə bağlı hadisələr ellə bağlı və vəhdətdə cərəyan etdiyindən ümumi zaman kəsiyini əks etdirir.

Kitabda İsmayıl müəllimin məqalələrindən və nəzəri fikirlərindən də seçmələr verilir. Bunlardan əlavə, İsmayıl müəllimin barəsində onunla ziyalı, dostluq münasibətlərində olan ziyalıların, elin dilindən eşitdiyi xoş xatirələri qələmə alan yazarların da məqalələrindən maraqlı yazılar verilmişdir.

“İtirilmiş Cənnət yaxud Göyçə rəmzləri” kitabı haqqında hələ siqnal nüsxəsini oxuyanlar artıq Göyçə tarixininin gərəkli məqamlarınıdan olan səhifələrini əks etdirən bu əsəri yüksək rəğbətlə qarşılamışlar. Əsərin “Kitab təqdimatı” tədbirinə də hazırlıq gedir və dəyərli oxucularımız, mən inanıram ki, həmin təqdimatda öz oxucu münasibətlərini yetərincə bildirəcəklər.

Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.
Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed