Şrift:
Azərbaycan gəncləri Rusiya və İsveçrə mobil operatorlarına qarşı kampaniyaya başlayıb
07.04.2015 [16:40] - Gündəm, Gənclik
Azərbaycan gəncləri “Facebook” və “Twitter” sosial şəbəkələrində Dağlıq Qarabağdakı separatçı rejimlə əməkdaşlıq edən Rusiyanın “Beeline” və İsveçrənin “Comfone” mobil operatorlarına qarşı kampaniyaya başlayıb.

Azərbaycanın gənclər təşkilatları #BoycottBeeline и #BoycottComfone haşteqi ilə bu operatorların Azərbaycanın işğal olunmuş ərazilərindəki fəaliyyətini və separatçı rejimlə əməkdaşlığını tənqid edirər.

“Beeline” mobil operatoruna göstərdiyi qanunsuz fəaliyyətlə bağlı xəbərdarlıq olunsa da, şirkətin Ermənistan ofisinin direktoru Andrey Pyataxin bildirib ki, işğal olunmuş ərazilərdəki rejimlə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən mobil operatorla rouminq müqaviləsi bağlamaq Azərbaycan telekommunikasiya məkanına müdaxilə anlamına gəlir və beynəlxalq hüquqa zidd hesab olunur.
Bu xəbər oxucular tərəfindən 967 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed