Şrift:
Almaniyada Xocalı soyqırımından bəhs edən kitab nəşr edilib
11.01.2012 [15:17] - Diaspor
Almaniyada Xocalı soyqırımından bəhs edən kitab və almanca-azərbaycanca sözlük nəşr edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən DAVAM.AZ-a verilən məlumata görə, Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş 242 səhifəlik kitabın müəllifi Rolf Kunshdur. Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin səyi sayəsində ərsəyə gələn kitabda Xocalı soyqırımı barədə ətraflı məlumat verilmiş, erməni vandallarının dinc azərbaycanlılara qarşı törətdiyi qətliam insanlığa qarşı cinayət kimi səciyyələndirilib.


Berlində yaşayan həmyerlimiz, Alman-Azərbaycan Akademiklər Cəmiyyətinin sədri, professor Əhməd Umid Yazdaninin müəllifliyi ilə 900 səhifəlik, 45 mindən artıq söz və ifadədən ibarət “Almanca-Azərbaycanca sözlük” də işıq üzü görüb. Kitabda Cənubi Azərbaycan türkcəsinin də qarşılığı göstərilib, sözlük əlavə sözlərlə yeniləşdirilib.
Bu xəbər oxucular tərəfindən 615 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed