Şrift:
Ərdəbildə -Azərbaycan var olsun – İstəməyən kor olsun- şüarı (video)
09.04.2015 [11:21] - Güney Azərbaycan xəbərləri, davam TV, Güney Azərbaycan-Təbriz
Davam.az GünAz TV-yə istinadən xəbər verir ki, Güney Azərbaycanın Ərdəbil şəhərində “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Öz dilində mədrəsə - Olmalıdır hər kəsə” və s. kimi şüarlar səsləndirilib. Bu aprelin 6-da (fərvərdinin 17-də) Ərdəbilin “Şəhrdari” futbol takımı ilə Əhvazın “Fulad” komandası arasında keçirilən müsabiqədən sonra baş verib. Ərdəbilin Təxti stadionunda keçirilən müsabiqədə Azərbaycan komandası qələbə qazanıb.
Müsabiqədən sonra mindən çox ərdəbilli soydaşımız Şəriəti meydanına toplaşıb və “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Öz dilində mədrəsə - Olmalıdır hər kəsə” və s. kimi şüarlar səsləndirərək bu şəhərin Sərçeşmə meydanına tərəf hərəkət ediblər.

Şəhərdə milli şüarların eşidilməsindən sonra polis qüvvələri dərhal hərəkətə keçib və hadisə yerinə gəlib, lakin əhalinin sık və çox olması səbəbindən yığıncağa müdaxilə edə bilməyiblər.

Xəbərdə bildirilir ki, bu barədə GünAz TV-dən daha geniş videolar yayılacaq.

Əldə edilmiş ilkin videonu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed