Şrift:
Milli Dirçəliş Hərəkatı Partiyasından MÜNASİBƏT.
15.04.2015 [12:24] - Gündəm, MDH, Bildiriş
10.04.2015 tarixində milletim.info saytında verilmiş “Hüseyin Abdullayev (Quska) müşavirə keçirdi...” məqaləsində iddia edilib ki, “Nərimanov rayonu ərazisində yerləşən kafelərdən birində gizli toplantı keçirilib və həmin toplantıda Milli Dirçəliş Partiyasının hələlik adları məlum olmayan iki üzvü də iştirak edib. MDHP adından müşavirəyə qatılmış şəxs Fərəc Quliyevin salamını iştirakçılara çatdırıb”.

Heç bir əlaqə telefonu və ünvanı olmayan qaçaq saytın bu “Yazısı”na KİV ciddi yanaşmasa da, “azinform.az” və bəzi media orqanlarında təkrar yayımlanıb.

MDHP olaraq bildiririk ki, adları gizlədilmiş partiya səlahiyyətlisi kimi göstərilən adamların MDHP adından danışmaq və ya hansısa gizlin tədbirlərə qatılmaq səlahiyyətləri yoxdur. MDHP Nizamnaməsinə uyğun olaraq MDHP adından danışmaq səlahiyyəti: MDHP-nin sədrinə və MDHP ali orqanlarının səlahiyyət verdiyi üzvülərə aiddir.

Biz MDHP olaraq bu cür halları pisləyir və bütün Kütləvi İnformasiya Vasitələrinə xəbərdarlıq edirik: Son vaxtlar MDHP-nın milli düşüncənin siyasi mərkəzinə çevrilməsi və ölkədə “beşinci kalon” funksiyasında fəaliyyət göstərən qüvvələrə qarşı ortaya qoyduğu sərt mövqedən dolayı belə qüvvələrin hədəfinə çevrilməsi fonunda Partiyanın fəaliyyətinə, onun lider və funksionerlərinin işgüzar nüfuzuna xələl gətirən dezinformasiyaların yayılmasının qarşısını almaq üçün bu cür hallara qarşı hüquqi ölçü götürülməsini tələb edəcəyik.


MDHP Mətbuat Xidməti
15.04.2015
Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed