Şrift:
Azərbaycanda məzarlıqların yeni standartlarının bəzi məqamları açıqlandı
17.04.2015 [15:02] - Gündəm, İslam dini
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Mətbuat Şurasının təşəbbüsü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə “Milli-mənəvi və dini dəyərlər: Tarixilik, müasirlik” mövzusunda KİV rəhbərləri ilə təşkil edilən görüşdə söyləyib.

Onun sözlərinə görə, hazırda Nazirlər Kabinetində məzarlıqlarla bağlı qanun layihəsi hazırlanır: “Qanun layihəsində qəbirlərin ölçüləri, məzarlıqlarla bağıl qaydalar öz əksini tapıb. Qəbiristanlıqlar yaşayış yerlərindən ən azı 100 metr aralı yerləşməlidir. Orada şəhidlərlə bağlı maddələr də var. Qəbirlərin ölçüləri də göstərilir. Qəbirdə baş daşı hündürlüyü 50 sm olan qiymətli olmayan adi daşdan olacaq, sinəüstü daş isə 60 sm olacaq. Orada qəbirlərin ara məsafələri də müəyyənləşdirilib”.

Komitə sədri qeyd edib ki, istisna hallarda, əgər ər-arvaddırlarsa, qəbrin yanında 1 nəfər üçün yer saxlanıla bilər: “Qəbirlər sıralanacaq, yalnız ər və arvad üçün istisnalar olacaq, yəni ərin məzarının yanında arvadı, arvadın məzarının yanında ər üçün yer saxlanıla bilər”.

M.Qurbanlı qeyd edib ki, pullu məzarlıqlar olmayacaq. Lakin Şərəf qəbiristanlıqlarında istisnalar nəzərdə tutulur. Bu məhdudiyyətlər dövlət və millət qarşısında xidmətləri olanlara aid edilmir.
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed