Şrift:
Fars irqçiləri anti-ərəb şüarlar səsləndirdi (video)
18.04.2015 [10:10] - Güney Azərbaycan xəbərləri, davam TV, Güney Azərbaycan-Təbriz
İranın bir sıra şəhərlərində ərəb milləti əleyhinə təbliğ edilir və şüarlar səsləndirilir.
Bu fürsəti dəyərləndirən fars şovinizmi cərəyanları Tehran, Məşhəd və Kərəc şəhərlərində bir yerə toplaşaraq anti-ərəb şüarları səsləndiriblər.

Şovinistlər tərəfindən səsləndirilən “ölüm olsun ərəbə”, “ərəb rədd ol” və s. kimi şüarlar əhvazlı ərəb fəallarının reaksiyasına da səbəb olub.

Xatırladaq ki, bundan öncə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Həmin aksiyada ərəblərə qarşı oxşar şüarlar səsləndirilib və üzərində təhqiramiz sözlər yazılan plakatlar qaldırılib.

VİDEO:

Bu xəbər oxucular tərəfindən 607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed